Antoni Zdravkov: “Bakı” - “Levski” cütündə favorit görmürəm” (EKSKLÜZİV)

Antoni Zdravkov: “Bakı” - “Levski”  cütündə favorit görmürəm”  (EKSKLÜZİV)
MÜSAHİBƏ 22 İyul 2009 / 14:32 4001
-  A +

- Əvvəlcə dünənki oyun haqda fikirlərinizi bilmək maraqlı olardı.                                        

- Çox yaxşı oyun alındı. Maraqlı, gərgin mübarizəyə şahid olduq. “Bakı” rəqibinə nisbətən daha yaxşı oynadı. Komandanız daha çox qol vura bilərdi. Amma bəzi epizodlarda bəxt rəqibin tərəfində idi. Bununla belə, hesab edirəm ki, ikinci hissədə komandanız güclü olduğunu tamamilə sübuta yetirdi. Azarkeşlər də möhtəşəm idi. Bu cür atmosferdə oynamaq daim xoşdur.
- Necə düşünürsünüz, “Bakı” qələbəyə layiq idi?
- Fikrimcə, hə. Çünki komandanız rəqibə nisbətən daha yaxşı oynadı. Daha çox qol epizodu yaratdı. “Bakı”nın ayrı-ayrı futbolçularının da ustalıq səviyyəsi rəqibinkindən üstün idi.
- Artıq komandanızın üçüncü mərhələdəki rəqibi məlumdur. Oyundan qabaq necə, hansı komandayla qarşılaşmağı arzulayırdınız, “Bakı”yla yoxsa “Ekranas”la?
- Bizim üçün rəqibin kimliyi bir o qədər də önəmli deyildi. Amma belə götürəndə “Bakı”yla qarşılaşmaq istəyirdik. Çünki ilk oyunun videokassetinə baxmışdıq və hiss olunurdu ki, “Bakı” daha səviyyəli komandadır.
- “Bakı” - “Levski” cütünün favoriti hansı komandadır?
- Mən bu cütlükdə favorit görmürəm. Komandalar demək olar ki, eyni səviyyəlidirlər. Kim daha diqqətli oynasa, kim daha az səhvə yol versə, o da qalib gələn tərəf olacaq.
- Dediniz favorit görmürsünüz. Bəs, şansları necə dəyərləndirirsiniz?
- Şanslar də bərabərdir. Çünki hər iki komanda daha irəli getməyə çalışır. Bir daha deyirəm, kim da az səhv etsə, o da mübarizəni davam etdirəcək.
- İlk oyunu səfərdə keçirəcəksiniz. Bunu “Levski” üçün üstünlük hesab etmək olar?
- Həqiqətən də ilk oyunu səfərdə keçirmək yaxşı haldır. Kubok oyunlarında bu, azacıq da olsa, üstünlük sayılır. Amma adam düşünəndə ki, bu cür publikanın qarşısında oynayacaq…
- Ilk oyunda, Bakıda sizi hansı nəticə qane edəcək?
- İndi konkret nəticə haqda danışmaq düzgün olmaz. Amma çalışacağıq ki, qol vuraq. Qapımızın da toxunulmazlığını qorumağa çalışacağıq.
- Məsəlçün minimal hesablı məğlubiyyət sizi razı salar?
- Biz məğlubiyyət haqda düşünmürük. O cümlədən də konkret nəticə haqda. Çıxıb, öz oyunumuzu oynayacağıq. Çalışacağıq ki, Sofiyaya sərfəli hesabla dönək.
- Dünənki oyunda “Bakı”nın heyətində hansı oyunçuları fərqləndirə bilərsiniz?
- Müdafiəçilərdən Bates xoşuma gəldi. Komandanızın 9 nömrəli hücumçusuna isə söz ola bilməz. Eyni zamanda 77 nömrəli xorvat futbolçunuz da gözəl təsir bağışladı. Eləcə də Muciriylə Sissoko da komandanın qələbəsində az rol oynamadılar.
- Sissoko “Levski”yə qarşı ilk oyunu buraxacaq.
- Hə, bu haqda da məlumatın var. Hesab edirəm ki, bu bizim üçün müsbət haldır.
- Muciri 4 il Bolqarıstanda çıxış edib. Onu yaxından tanıyırsınız?
- Əlbəttə. Muciri 4 il ÇSKA-da oynayıb. Düzdür, o vaxt daha cavan idi. Amma oyun tərzi heç dəyişməyib. Əvvəlki kimi yenə də çox təhlükəlidir. Hesab edirəm ki, dünən “Bakı”nın qələbəsində onun böyük rolu oldu.
- Ötən il “Levski” Çempionlar Liqasının üçüncü mərhələsində “BATE”yə uduzaraq, mübarizəni dayandırdı. Bu dəfə də eyni halın təkrarlanacağından qorxmursunuz?    
- Mən inanıram ki, bu dəfə tarix təkrarlanmayacaq. Biz ötən il “BATE”yə qarşı heç də pis oynamamışdıq. Rəqib heç bir komponentdə bizdən üstün deyildi. Amma həmin vaxt komandada arxayınçılıq yaranmışdı. Məhz sonda rəqibi qiymətləndirməməyin acısını çəkdik.

 

 

Daha çox


Son xəbərlər