London derbisi: Mourinyo və Venger yenidən üz-üzə

London derbisi: Mourinyo və Venger yenidən üz-üzə
ETOPAZ 29 Oktyabr 2013 / 17:13 3168
-  A +

İspaniya və İtaliyada yeni turun ilk oyunları, İngiltərə və Fransada isə Liqa Kubokunun görüşləri - www.etopaz.az-ın bu günkü proqramında yer alan 33 qarşılaşma arasında daha çox diqqət çəkən məhz bu matçlardır.
 
Daha maraqlı görüşlərə www.etopaz.az adəti üzrə xüsusi status verib. Proqramdakı 3 "təkli oyunu" fərqləndirə bilərik. Onlardan London derbisinə - "Arsenal"-"Çelsi" matçına canlı mərc də etmək olar. Saat 23:45-də başlanacaq derbi İngiltərə Liqa Kubokunun 18 final mərhələsi çərçivəsində baş tutacaq. Reqlamentə görə, bu turnirdə hər mərhələnin qalibi bir oyuna əsasən müəyyənləşir, bu üzdən tərəflər qələbə üçün çox güman ki, bütün gücünü ortaya qoyacaq. Matç həm də köhnə tanışlar, iki möhtəşəm məşqçi - Arsen Vengerlə Joze Mourinyonun 5 illik fasilədən sonra yenidən London derbisində qarşılaşmasına görə də maraq doğurur.

Maraqlıdır ki, 2008-ci ildə don Joze "Çelsi"dən ayrıldıqdan sonra "zadəganlar" "Arsenal"a qarşı keçirdiyi 10 derbi matçdan yalnız ikisində uduzub, birində isə heç-heçə edib. Qalan 7 qarşılaşma "Çelsi"nin qələbəsiylə bitib. Rəqib meydanında oynamasına baxmayaraq www.etopaz.az axşamkı matçda da "Çelsi"yə nisbi üstünlük verir. "Arsenal"ın qələbəsi 2.45, heç-heçə 3.2, "Çelsi"nin qələbəsi isə 2.3 əmsalla dəyərləndirilir. Canlı mərcə qoşulanlar isə, matçın gedişindən və hesabdan asılı olaraq tez-tez dəyişən əmsallarla oynyacaq. Bu günkü proqramda yer alan daha iki "təkli oyun" isə İspaniya və İtaliya çempionatlarında yeni turun ilk qarşılaşmalarıdır. İspaniya La Liqasında 11-ci turun açılış matçında "Espanyol" "Malaqa"nı qəbul edəcək. Saat 23-də başlanacaq bu duel üçün www.etopaz.az əmsalları belə müəyyənləşdirib:

"Espanyol"un qələbəsi 1.7, heç-heçə 3.3, "Malaqa"nın qələbəsi 3.8. İtaliya A seriyasında isə 10-cu turun ilk oyununda "İnter" səfərdə "Atalanta" ilə qarşılaşacaq. "Atalanta" son 4 ildə öz meydanında "İnter"ə uduzmamaqla özü üçün yeni bir silsilə müəyyənləşdirib. Görək, "İnter" bu axşam həmin seriyanı dayandıra biləcəkmi? www.etopaz.az-da saat 23:45-də başlanacaq bu qarşılaşmanın əmsalları belədir: "Atalanta"nın qələbəsi 3.1, heç-heçə 3.3, "İnter"in qələbəsi 1.9. Təklif bizdən, dəyərləndirmək sizdən. www.etopaz.az-la oynayın və rahat qazancın sevincini yaşayın!!!

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın