«Qəbələ» Asen Nikolovu yola saldı

PREMYER LİQA 11 Dekabr 2008 / 18:56 4654
-  A +

«Qəbələ» klubu mövsümün əvvəlində transfer etdiyi Asen Nikolovla yollarını ayırıb. Klubun mətbuat xidmətindən məlumatı Qol.Az-a təsdiqləyərək, türk əsilli bolqarıstanlı futbolçunun ümidləri doğrultmadığını qeyd ediblər. 32 yaşlı yarımmüdafiəçi ölkəmizdə sonuncu dəfə «Bakı»nın formasını geyib. Cari mövsümdə «Qəbələ»nin start heyətində nadir hallarda görünən Nikolov Azərbaycanda ən yaxşı illərini «Turan»da keçiriib. «Levski»də 3 qat Bolqarıstan çempionu olan futbolçu vətənində «Maritsa» və  «Slaviya» komandalarının da şərəfini qoruyub. Dövrələrarası fasilədə daha bir neçə futbolçu «Qəbələ»ni tərk edə bilər. Ancaq hələ ki onların adları açıqlanmır.   


Son xəbərlər