Keçmiş rəqiblərimizin "Anji" və PAOK sınağı

Keçmiş rəqiblərimizin "Anji" və PAOK sınağı
ETOPAZ 24 Oktyabr 2013 / 14:53 2601
-  A +

Çempionlar Liqasının ardınca bu gün Avropa Liqasında da növbəti oyunlar keçiriləcək. Qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək 24 qarşılaşmanın hər birinə www.etopaz.az-da mərc edə bilərsiniz. Bu görüşlərdən yalnız "Lion"-"Rieka" matçı "ekspress oyunlar" kateqoriyasına daxil edilib. 17 matç "ikili oyunlar" bölümündə yer alıb, 6 qarşılaşmaya isə "tək oyun" kimi mərc etmək olar. "Tək oyunlar" kateqoriyasında bu yay Avroliqada bizim klubları mübarizədən kənarlaşdıran 2 komandanın görüşü də yer alıb.

Söhbət Bakı "İnter"ini çətinliklə üstələyən Norveçin "Tromse" və "Xəzər-Lənkəran"a iki oyuna 10 (!!!) top vuran İsrailin "Makkabi Hayfa" klublarından gedir. "Tromse" bu axşam Avroliqada ev oyunlarını Moskvada keçirən "Anji"nin qonağı olacaq. Dağıstan təmsilçisi heyətdəki ulduzları itirdikdən və kluba ayrılan maliyyə vəsaiti azaldıqdan sonra ağır günlər yaşayır. Komanda 3 aydır qələbə üzünə həsrətdir. Həm Rusiya çempionatında, həm də Avroliqada. Bununla belə, bukmeker kontorları "Anji"nin nəhayət bu gün qələbə həsrətinə son qoyacağına inanır. Hər halda dağıstanlılar "Tromse" qarşısında aşkar favorit kimi göstərilir.

www.etopaz.az-da
"Anji"nin qələbəsi 1.4, heç-heçə 4.0, "Tromse"nin qələbəsi 5.3 əmsalla dəyərləndirilir. "Anji" - "Tromse" matçı ilə eyni vaxtda - saat 21-də daha bir "tək" mərc edə biləcəyiniz oyun başlayacaq. Qazaxıstanda "Şaxtyor Karaqanda" Hollandiyanın "Az Alkmaar" klubunu qəbul edəcək. Avroliqada 2 oyundan cəmi 1 xal toplayan Karaqanda təmsilçisi qrupda 3-cü pillədə qərarlaşıb. "Az Alkmaar" isə 4 xalla 2-ci yerdədir. Təbii ki, səviyyə fərqinə görə axşamkı dueldə hollandlar favorit sayılır. Amma qazax klublarının da asan təslim olmadıqlarını unutmaq olmaz. www.etopaz.az-ın bu matç üçün müəyyənləşdirdiyi əmsallar belədir: "Şaxtyor Karaqanda"nın qələbəsi 3.3, heç-heçə 3.2, "Alkmaar"ın qələbəsi 1.85.

Saat 22-də daha 2 "təkli" oyun başlyacaq. Çexiyada "Slovan Liberets" qrup lideri "Sevilya"nı qonaq edəcək. Bu görüşə canlı mərc etmək də olar. Matçın startına qədər www.etopaz.az-da mərc edənlərin proqnozu bu əmsallarla qəbul ediləcək: "Slovan Liberets"in qələbəsi 3.3, heç-heçə 3.2, "Sevilya"nın qələbəsi 1.85. Oyun başladıqdan sonra isə, canlı mərc işə düşəcək və burada təbii i, matçın gedişindən asılı olaraq dəyişən əmsallarla oynayacaqsız.

Eyni saatda Yunanıstanda PAOK-"Makkabi Hayfa" dueli başlayacaq. Qrup mərhələsinədək keçdiyi yolda bizim "Xəzər Lənkəran"a da ağır zərbə endirən Hayfa klubunun indi işi o qədər də yaxşı deyil. İlk 2 turdan cəmi 1 xal toplayan İsrail təmsilçisi hazırda qrupda sonuncudur. Bu axşam PAOK-a məğlubiyyət "Makkabi Hayfa"nın pley-offa çıxmaq şansını minimuma endirəcək. www.etopaz.az-da bu görüşün əmsalları belədir: PAOK-un qələbəsi 1.65, heç-heçə 3.4, "Makkabi Hayfa"nın qələbəsi 4.0.
Bu oyunlar bitdikdən sonra - gecə saat 1-ə 5 dəqiqə işləmiş günün sonuncu "təkli" oyunları başlayacaq. Milli komandamızın müdafiəçisi Ruslan Abuşovun formasını geydiyi "Rubin" İngiltərədə "Viqan"ın qonağı olacaq. www.etopaz.az-ın bu qarşılaşma üçün təklif etdiyi əmsallar yetərincə cəlbedicidir: "Viqan"ın qələbəsi 2.9, heç-heçə 3.3, "Rubin"in qələbəsi 2.0.

Daha bir "tək" mərc edə biləcəyiniz oyun saat 00:05-də "Dinamo Zaqreb"lə "PSV Eydhoven" arasında başlyacaq. Keçirdiyi hər 2 qrup matçında məğlub olan zaqreblilər üçün pley-off şansını saxlamaq baxımından bu, bəlkə də sonuncu şansdır. Qrupda hələki 2-ci olan hollandlar isə mövqeyini möhkəmləndirmək üçün qələbə qazanmalıdır. www.etopaz.az komandalrın durumunu nəzərə alaraq, qarşılaşma üçün bu əmsalları müəyyənləşdirib: "Dinamo Zaqreb"in qələbəsi 3.1, heç-heçə 3.3, "PSV Eydhoven"in qələbəsi 1.9.

Gördüyünüz kimi, www.etopaz.az-da seçim genişdir. Təklif bizdən, dəyərləndirmək sizdən. www.etopaz.az-la oynayın, www.etopaz.az-da qazanın!!!


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı