"Turin sammiti" və qorxulu Marsel səfəri

"Turin sammiti" və qorxulu Marsel səfəri
ETOPAZ 6 Oktyabr 2013 / 14:40 2768
-  A +

İtaliya A seriyasının 2 "nəhəng"i - "Yuventus"la "Milan" bu axşam Turində üz-üzə gələcək. Çempionlar Liqasında 4 gün əvvəl "Qalatasaray"la sürpriz heç-heçə edən "Yuventus" bu şoku prinsipial rəqiblərindən olan "Milan" üzərində qələbəylə unutdurmaq istəyir. Bu mövsüm hələ məğlub olmayan "Yuve"nin "Milan"la dueldə bu uğur seriyasını davam etdirib-etdirməyəcəyi maraq doğurur.

Milanlıların son 2 ildə Turində qələbə qazanmadığını da nəzərinizə çatdırırıq. Saat 23:45-də başlanacaq bu böyük futbol tamaşasına www.etopaz.az saytında "tək oyun" kimi mərc edə bilərsiniz. Əmsallar belədir: "Yuventus"un qələbəsi 1.45, heç-heçə 3.8, "Milan"ın qələbəsi 5.0.

Turindəki matçla eyni vaxtda "tək oyun" kimi mərc edə biləcəyiniz daha bir qarşılaşma Romada başlayacaq. "Latsio" "Fiorentina"nı qəbul edəcək. Turnir cədvəlində qonşu olan bu komandaların duelində www.etopaz.az meydan sahiblərini favorit sayır. www.etopaz.az saytında "Latsio"nun qələbəsi 2.15, heç-heçə 3.2, "Fiorentina"nın qələbəsi 2.75 əmsalla dəyərləndirilir.

Bugünkü proqramda canlı mərc edə biləcəyiniz qarşılaşma da var. Söhbət İngiltərə premyer liqasının saat 20-də başlanacaq "Vest Bromviç"-"Arsenal" matçından gedir. Ötən tur səfərdə Mançester Yunayted"ə qalib gəlməklə bütün Britaniyanı şoka salan "Vest Bromviç" bu axşam daha bir premyer liqa nəhəngi önündə imtahan verəcək. "Arsenal"ın statistikası rəqib üçün çox qorxulu görünür. Arsen Vengerin komandası premyer liqa, kubok və Çempionlar Liqası daxil omaqla keçirdiyi son 10 oyunun hamısında qalib gəlib. "Vest Bromviç"lə aralarındakı oyunlara gəlincə, "Arsenal" son 10 görüşdən yalnız birində bu rəqibə uduzub. www.etopaz.az saytında axşamkı qarşılaşmanın əmsalları belədir: "Vest Bromviç"in qələbəsi 4.0, heç-heçə 3.6, "Arsenal"ın qələbəsi 1.6. Canlı mərc zamanı isə bu əmsallar təbii ki, oyunun gedişindən asılı olaraq dəyişəcək.

Türkiyə superliqasında da bu axşam maraqlı oyun var. Saat 22-də başlanacaq görüşdə "Fənərbaxça" "Trabzonspor"u qəbul edəcək. Atdıcıl 4 qələbə qazanmaqla Superliqada liderlik edən "Fənər" öz meydanında "Tranbzonspor"a qarşı inamlı oynayır. "Sarı-lacivərdlilər" son illərdə Kadıköydə trabzonlulara uduzmayıb. www.etopaz.az tərəflərin bu duelində də "Fənər"i favorit sayır: "Fənərbaxça"nın qələbəsi 1.6, heç-heçə 3.5, "Trabzonspor"un qələbəsi 4.1.

Fransa çempionatının həvəskarları isə təbii ki, bu gecə baş tutacaq "Marsel" - PSJ matçını maraqla gözləyir. 3-cü pillədə qərarlaşan "Marsel" parislilərdən yalnız 1 xal geri qalır. Çempionluğa oynayan iddialı PSJ bu mövsüm hələki məğlub olmasa da, Marsel səfərində ehtiyatlı olmalıdır. Axı, parislilər 7 ildir bu şəhərdə qalib gələ bilmir. Hərçənd bukmeker kontorları bu görüşdə PSJ-ni favorit sayır.www.etopaz.az saytında qarşılaşmaya bu əmsallarla mərc edə bilərsiniz: "Marsel"in qələbəsi 3.7, heç-heçə 3.25, PSJ-nin qələbəsi 1.75. Matça "tək oyun" kimi də mərc edə bilərsiniz. Fransa Liqasının sürprizlərlə zəngin olduğunu nəzərə alsaq, bu gecə Marseldə istənilən nəticəni gözləmək olar.

Sürprizlərlə zəngin fransız futbolunun həyəcanını www.etopaz.az saytı ilə yaşayın. Unutmayın, www.etopaz.az təkcə həyəcanlandırmır, həm də qazandırır!!!

Etopaz.az


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı