"Anji" - "hərbçilər" üçün "dərman"

"Anji" - "hərbçilər" üçün "dərman"
ETOPAZ 25 Sentyabr 2013 / 14:01 2837
-  A +

Rusiya premyer liqasının bu günə nəzərdə tutulan ÇSKA Moskva - "Anji" qarşılaşması birincilər üçün lap yerinə düşdü. Moskva "hərbçiləri" son 2 oyunda ağır məğlubiyyətlətlə azarkeşlərini üzüb.

Çempionlar Liqasında "Bavariya", 3 gün əvvəl baş tutan Moskva derbisində isə "Spartak" ÇSKA-nın qapısına üç cavabsız tov vurdu. Belə ağır məğlubiyyətlərdən sonra azarkeşlər önündə müəyyən qədər bəraət almaq və komandanın psixoloji durumunu yaxşılaşdırmaq üçün rəqibin kimliyindən asılı olmayaraq bir qələbəyə ehtiyac var. Və budur, necə deyərlər, şans "hərbçilər"in üzünə gülüb: bu tur ÇSKA-nın rəqibi 3 aydır qələbə üzünə həsrət qalan, mövsümün startından bu yana keçirdiyi 9 oyunun heç birində qələbə qazana bilməyən "Anji"dir. Bu yaxınlara qədər Rusiyanın ən iddialı klublarından sayılan, Quus Hiddinkli, Roberto Karloslu, Samuel Etolu, indi isə gənc və tanınmamış futbolçuların ümidinə qalan "Anji". Mahaçqala təmsilçisinin durumu göz qabağındadır. Belə vəziyyətdə qələbəyə hava-su kimi ehtiyacı olan ÇSKA yəqin ki, 3 xal qazanmaq şansını əldən verməyəcək. Onsuz da "Anji" özünün hətta ən güclü vaxtlarında belə, Moskva "hərbçiləri" ilə oyunlarda çətinlik çəkib və əksər hallarda da uduzub. Görək, inadkar və döyüşkən dağıstanlılar xarakter hesabına bu axşam Moskvada sensassiya edə biləcəkmi? Saat 21:30-da başlanacaq bu görüşlə bağlı bütün proqnozlarınız üçün www.etopaz.az  saytı xidmətinizdədir.

Oyuna həm "tək", həm də canlı mərc edə bilərsiniz. Əmsallar belədir: ÇSKA-nın qələbəsi 1.2, heç-heçə 4.8, "Anji"nin qələbəsi 9.0. Canlı mərc zamanı isə bu əmsallar təbii ki, oyunun gedişindən və hesabdan asılı olaraq tez-tez dəyişəcək.
Təklif bizdən, dəyərləndirmək sizdən. Bizimlə oynayın və qazanın!!!

Etopaz.az


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord