"Türk Telekom Arena"da 7-ci qələbə olacaqmı?

"Türk Telekom Arena"da 7-ci qələbə olacaqmı?
ETOPAZ 13 Sentyabr 2013 / 14:31 3239
-  A +

Yığma komandaların oyunları ilə əlaqədar milli çempionatlarda yaranan fasilə bitdi. Bu gün bir çox çempionatlarda növbəti turun ilk oyunları keçiriləcək.

www.etopaz.az bu qarşılaşmalardan üçünü proqrama "tək oyun" statusuyla daxil edib."Təkli oyunlar"dan ilk olaraq saat 22-də "Qalatasaray" - "Antalyaspor" görüşü başlyacaq. Superliqanın son 2 turunda səfərdə heç-heçə oynayan "Qalatasaray" liderlərdən uzaq düşməmək üçün bu gün qələbə qazanmağa borcludur.

Ortada maraqlı statistika da var. Fatih Terim "Antalyaspor"un baş məşqçisi Samet Aybabayla müxtəlif klubların baş məşqçisi kimi 8 dəfə üz-üzə gəlib və heç birində uduzmayıb. Terimin "Qalatasaray"ı Samet Aybabanın komandalarına 6 dəfə qalib gəlib, iki halda isə heç-heçə qeydə alınıb. Bundan başqa "Cim-Bom" doğma "Türk Telekom Arena"da ardıcıl 6 oyundur qələbə qazanır.

Əgər bu axşam da qələbə olarsa, "Qalatasaray" özü üçün yeni bir silsilə müəyyənləşdirəcək. Gələn həftə Madrid "Real"ı ilə Çempionlar Liqası matçının olmasına, həmçinin Hamit Altıntop, Selcuk İnan və Gökhan Zanın zəzdə üzündən matçı buraxmasına baxmayaraq "Qalatasaray" axşamkı duelin favoriti sayılır. www.etopaz.az-da "Qalatasaray"ın qələbəsi 1.3, heç-heçə 4.1, "Antalyaspor"un qələbəsi isə 7.0 əmsalla dəyərləndirilir. Gecənin digər iki "təkli oyunu" isə eyni vaxtda - saat 23:30-da başlayacaq. Bu görüşlər Fransa Liqasının "Bordo" - PSJ və Almaniya bundesliqasının "Herta" - "Ştutqart" matçlarıdır. Futbolun keyfini www.etopaz.az-la yaşayın, bizimlə oynayın və qazanın!!!


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi