Bakıya gələcək futbolçu “Çelsi”yə keçdi

Bakıya gələcək futbolçu “Çelsi”yə keçdi
DÜNYA FUTBOLU 30 İyun 2009 / 20:34 2611
-  A +

Rusiya milli komandasının və MOİK (Moskva) klubunun üzvü Yuri Jirkov karyerasını İngiltərə premyer-liqasında davam etdirəcək. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Jirkov bundan sonra “Çelsi”nin şərəfini qoruyacaq. Rusiyalı futbolçu sabah Londona gedərək, London klubuyla 4 illik müqavilə imzalayacaq. Sözləşmənin dəyəri 18 milyon avrodur.  
Xatırladaq ki, Jirkov matrda Moskvada keçirilən Rusiya - Azərbaycan oyununda millimizə qarşı foma geyib. Oktyabrda Bakıda keçiriləcək ikinci matçda Jirkovun meydana çıxacağı gözlənilir.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı