"İnter"in növbəti rəqibi - "Tromse"

"İnter"in növbəti rəqibi - "Tromse"
XƏBƏR 12 İyul 2013 / 04:50 3725
-  A +

Avropa Liqasının II təsnifat mərhələsində "İnter"in rəqibi olan Norveçin "Tromse" klubu 1920-ci ildə yaradılıb.

Qol.Az-ın məlumatına görə, 93 yaşlı komanda Tromse şəhərini təmsil edir.

Komanda ev oyunlarını "Alfheim" stadionunda qəbul edir ki, bu arena da təxminən 7 min tamaşaçı tutumuna malikdir. Doğma meydanda "qırmızı ağ" rənglərə bürünən "Tromse" səfər oyunlarında tünd göy formanı geyinir.

Cari mövsümü 4-cü pillədə başa vuran klubun prezidenti Byörn Nilsen, baş məşqçisi isə Aqnar Kristensendir. "Tromse" Norveç yüksək liqasında ilk çempionluğunu 1931-ci ildə qazanıb. Daha sonra komanda 1949 və 1956-cı illərdə baş mükafata sahib çıxıb. 1937 və 1952-ci illərdə isə Tromse təmsilçisi çempionatın gümüş medallarına yiyələnib. İki dəfə ölkə kubokunun qalibi olan "Tromse"nin Avrokuboklarda uğurları nəzərə çarpmır. Komanda ən yaxşı halda Avroliqanın "play-off" mərhələsinə qədər irəliləyə bilib. Bu mövsüm Avroliqanın I təsnifat mərhələsində Sloveniyanın "Selye" klubu məğlub edən (ümumi hesab - 3:2) "Tromse" burada Bakı "İnter"inə rəqib olub.

Qeyd edək ki, "İnter" və "Tromse" komandaları arasında ilk oyun iyulun 18-də Bakıda, cavab oyunu isə bir həftə sonra Norveçdə keçiriləcək. Lakin UEFA-nın ilk matçın tarixini dəyişəcəyi də istisna olunmur. Belə ki, həmin gün "Qarabağ" doğma meydanda "Piast" klubunu qəbul edəcəyindən "İnter"in oyununun iyulun 16-na təyin olunacağı gözlənilir.


Son xəbərlər