Vaqif Sadıqov: “İnter”lə “Spartak”ın oyun tərzləri eynidir”

XƏBƏR 29 İyun 2009 / 16:00 1957
-  A +

Azərbaycan milli komandasının məşqçisi Vaqif Sadıqov “İnter”in Avropa Liqasının ilkin mərhələsində “Spartak” səddini keçəcəyinə inanır. O, Qol.Az-ın əməkdaşı ilə söhbətində “bankirlər”in bunun üçün yetərincə gücə mailk olduğunu düşünür: “Slovakiya futbolu bizə çox tanışdır. Həm klub, həm də milli komandalar səviyyəsində dəfələrlə onlara qarşı oynamışıq. Mən deyərdim ki, “İnter”lə “Spartak”ın oyun tərzləri bir-birinə çox oxşayır. Bu mənada Slovakiyada oxşar futbol modelinə üstünlük verən komandalar üz-üzə gələcəklər. Hesab edirəm ki, “İnter”in mərhələ keçmək şansı yüksəkdir. Onlar bununla həm də Azərbaycan futbolunun inkişafda olduğunu sübut etməlidirlər”. 

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın