“Bakı” afrikalı futbolçularla bağlı problemi yoluna qoydu

XƏBƏR 29 İyun 2009 / 15:39 1925
-  A +

Bu gün Bakı”nın iki afrikalı futbolçusu -Xalidu Sissoko və Əhməd Ticani də komandanın Sloveniyada keçirdiyi təlim-məşq toplanışına qatılıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, artıq hər iki oyunçunun viza ilə bağlı problemi həll olunub və onlar artıq bu gün komandaya qoşulacaqlar. Lakin eyni sözləri “Bakı”nın digər afrikalı futbolçusu Əhməd Suariyə aid etmək olmaz. Çünki mərakeşli futbolçu hələ də Bakıya gəlməyib. Hazırda Suari vətənindədir və onun qarşıdakı günlərdə paytaxtımıza gələcəyi gözlənilir.


Son xəbərlər