“Qarabağ” vətənə iyulun 17-də qayıdacaq

XƏBƏR 29 İyun 2009 / 14:33 1839
-  A +

“Qarabağ” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Komandamız ənənəsinə sadiq olaraq günü 2 çalışmayla keçirib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, səhər çalışması 10:00-da baş tutub. Təxminən saat yarım davam edən çalışmada ilk olaraq isinmə hərəkətləri edən komanda üzvləri sonra 3 dəfə də 15 dəqiqəlik kross qaçıblar. Sonda isə fiziki hərəkətlərlə məşq bitib.
Axşam çalışması isə 17:30-a planlaşdırılıb. Bu dəfə isə taktiki çalışmalar nəzərədə tutulub.
“Qarabağ”ın Avroliqada “Rosenborq”la maç üçün gedəcəyi marşrut müəyyənləşib. İyunun 12-ə kimi Ankarada təlim-məşq toplanışı keçəcək Ağdam klubu 13-ü İstanbula yollanacaq və gecəni orda keçirəcək. 14-ü səhər isə İstanbul - Oslo - Tronheim reysi ilə Norveçə yollanacaq. İyulun 17-də isə “Qarabağ” Bakıya qayıdacaq.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı