“Qarabağ”ın qapıçısı: “Ötənilki seriyanı davam etdirsək, “Rosenborq”u sıradan çıxara bilərik"

“Qarabağ”ın qapıçısı: “Ötənilki seriyanı davam etdirsək, “Rosenborq”u sıradan çıxara bilərik"
XƏBƏR 29 İyun 2009 / 14:02 2046
-  A +

“Mehriban kollektivimiz olduğundan, günlərin necə keçdiyini hiss etmirik. Hətta məşqlər nə qədər ağır olsa, belə. Məşqlərdə səylə çalışırıq. Ötən il kuboku almağımızda mehribançılığımızın böyük rolu oldu. Çünki, hər kəs bir-birinə yardım etməkdən çəkinmir. Bu ənənə indi də davam edir”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı Sahil Kərimov klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib. Təcrübəli qolkiper avroliqa barədə də danışıb: “İnşallah,  avroliqada da sözümüzü deyərik. Bu günün futbol tələbləri dəyişib. İndi güclü-zəif rəqib anlayışı qalmayıb. Vuruşan və vuruşmayan komanda var. Təbii ki, futbol sadəcə vuruşmaqdan ibarət deyil. Amma ötənilki seriyanı davam etdirsək, “Rosenborq”u sıradan çıxara bilərik. Düzdü, nə qədər çətin olsa da, mümkünsüz deyil”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki