«Rubin» «Birlik kuboku»na qarışıq heyətlə yollanacaq

XƏBƏR 9 Dekabr 2008 / 12:04 3382
-  A +

Rusiya çempionu «Rubin» «Birlik kuboku»na qarışıq heyətlə gələcək. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Moskvaya baş məşqçi qismində əvəzedici heyətin çalışdırıcısı Yuri Utkulbayev yollanacaq. Bununla belə, gənclər komandasına ötən mövsüm digər klublarda icarə əsasında oynamış əsas heyət oyunçuları da cəlb olunacaqlar. «Rubin»ə baxışa gələn futbolçular da «Birlik kuboku»nda sınaqdan keçiriləcəklər.
Qeyd edək ki, Kazan klubunun əsas  komandası həmin vaxt Kurban Berdiyevin rəhbərliyi altında İspaniyada təlim-məşq toplanışında olacaq. 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki