Subaşiç Çində qol hesabını açdı

Subaşiç Çində qol hesabını açdı
XƏBƏR 29 İyun 2009 / 11:30 2082
-  A +

Milli komandamızın hücumçusu Branimir Subaşiçin çıxış etdiyi Çinin “Çanqçun Yatay” klubu ölkə çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, “Çanqçun Yatay” səfərdə “Dalian Şide”nin qonağı olub. Meydana start heyətində çıxış edən Subaşiç oyunu çox gözəl keçirib. Millimizin hücumçusu qarşılaşmanın 27 və 40-cı dəqiqələrində iki qol vurmağa müvəffəq olub. Lakin Subaşiçin qolları komandasını məğlubiyyətdən qurtarmayıb. Rəqib 3 qol vurduğundan “Çanqçun Yatay” 2:3 hesablı məğlubiyyətə üzülüb. Əvvəlki kimi 20 xalda qalan “Çanqçun Yatay” turnir cədvəlində beşinci pilləyə enib.   


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın