“Bakı”: bürünc medalçı məğlub edildi, növbədə gümüş medalçıdır

XƏBƏR 28 İyun 2009 / 14:53 2050
-  A +

Çempionlar Liqasının və qarşıdakı mövsümün hazırlığını Sloveniyada davam etdirən “Bakı” dünən növbəti yoxlama oyununu keçirib. “Zolaqlılar” Xorvatiya çempionatının bürünc mükafatçısı “Rieka”nı məğlub edib. Artıq “Bakı”nın növbəti yoxlama oyunundakı rəqibi də məlumdur. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Coko Haciyevskinin yetirmələri növbəti oyununu iyulun birində Xorvatiyanın “Hayduk” klubuna qarşı keçirəcək. Xatırladaq ki, “Hayduk” son mövsümdə Xorvatiya çempionatının gümüş mükafatını qazanıb.   


Son xəbərlər