“Spartak” Trnava “İnter” önünə ciddi itkiylə çıxa bilər

“Spartak” Trnava “İnter” önünə ciddi itkiylə çıxa bilər
XƏBƏR 28 İyun 2009 / 13:56 2141
-  A +

Avroliqada “İnter”lə qarşılaşacaq Slovakiyanın “Spartak” Trnava klubu təmsilçimizin önünə ciddi itkiylə çıxa bilər. Qol.Az-ın Trnava klubunun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, dünən Çexiyanın “Brno” klubuna qarşı keçirilən yoxlama matçında “Spartak”ın əsas qapıçısı İvica Kralj qarşılaşmanın beşinci dəqiqəsində zədə alıb. Təcrübəli qolkiperin zədəsi ciddi olduğundan, o, qarşılaşmanı davam etdirə bilməyərək, yerini Miroslav Hrdinaya buraxıb. İvica Kralj bu gün həkim müəyinəsindən keçəcək və qapıçını zədəsinin nə dərəcə ciddi olduğu məhz bundan sonra bilinəcək. 

 


Son xəbərlər