Aftandil Hacıyev: “Niyə də “Rosenborq”u keçməyək?”

Aftandil Hacıyev: “Niyə də “Rosenborq”u keçməyək?”
XƏBƏR 28 İyun 2009 / 13:20 2104
-  A +

“Hələlik, hər şey normaldır. Komandaya gənclər qoşulub. Belə baxanda, biz daim mübarizə aparan komanda olmuşuq. Belədə gənc komandamız daha çox qaçacaq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Aftandil Hacıyev klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib.
“Hələlik, ilk növbədə “Rosenborq”la oyunu düşünürük. Düzdü, hələ bilmirəm avroliqaya qədər hazır olacam ya yox. Təbii ki, çox istəyirəm “Rosenborq”a qarşı oynayım. Bunun üçün artıqlamasıyla çalışıram. “Rosenborq”u keçə bilərəkmi? Niyə də yox? Zənnimcə, onlar bir qədər boş çıxacaqlar oyuna. Ona görə də bundan istifadə etmək lazımdır. Ölkədə demək olar ki, çoxları bizdən əlini üzüb. Düzdü, bu rəqibin gücünə görədir. Əslində bu bizə bir üstünlükdür. Norveçliləri sıradan çıxarmaqla insanlarımızı ikiqat sevindirərik. Avroliqada uğurlu çıxış etsək çempionatda işimiz asanlaşacaq. Hər halda, “Rosenborq”u sıradan çıxarsaq özünəinam yükəsələcək ki, bu da futbolda çox önəmli olaydır”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı