“İnter”in rəqibi yenə də uduzdu

“İnter”in rəqibi yenə də uduzdu
XƏBƏR 28 İyun 2009 / 13:00 1981
-  A +

Avroliqada “İnter”lə qarşılaşacaq Slovakiyanın “Spartak” Trnava klubu dünən təmsilçimizlə oyunöncəsi son yoxlama oyununu keçirib. Trnava klubu Çexiyanın yüksək liqa klubu “Brno” ilə qarşılaşıb. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, oyun “İnter”in rəqibinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçda hesabı “Brno” açıb. İkinci dəqiqədə Dalm “Spartak”ın qapısına yol tapıb. 17-ci dəqiqədə Karol Peçenin yetirmələri Kozuchun qoluyla hesaba tarazlıq gətiriblər. Lakin 10 dəqiqə sonra “Brno” yenidən önə keçib. İkinci hissədə qapısında daha bir qol görən “Spartak” 1:3 uduzub. “Spartak”ın baş məşqçisi Karol Peçe “Brno” ilə matçda bu futbolçulara şans verib:
Kralj (Hrdina, 5), Kotula, Gueye, Doležaj, Ľ. Hanzel (Jakubička, 80), Súkenník, Kopúnek (Železník, 75), Procházka, Hruška (Tomčák, 70), Bernáth (Kone, 70), Kožuch (Gogolák, 80)


Son xəbərlər