“Bakı”nın düşərgəsində 4 ölkədən 5 futbolçu var

“Bakı”nın düşərgəsində 4 ölkədən 5 futbolçu var
XƏBƏR 28 İyun 2009 / 11:36 2038
-  A +

Hazırda Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Bakı”nın düşərgəsində yeni oyunçuların olduğu barədə məlumat vermişdik. Artıq həmin futbolçuların adları, mövqeləri, hansı ölkələrdən olmaları da məlumdur. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, hazırda “Bakı”nın düşərgəsində 4 ölkədən 5 yeni futbolçu var. Bunlar serbiyalı Bates, kamerunlu Andoco, rumın Muskalu və braziliyalılar Andrazinyo ilə Barbosadır. Bateslə Barbosa müdafiəçi, digərləri isə yarımmüdafiəçidirlər. “Bakı”nın baş məşqçisi Coko Haciyevski dünən “Reika”ya qarşı keçirilən oyunda 5 oyunçunu da meydana buraxmasına baxmayaraq, onlar haqda qəti fikir söyləməyə tələsmir.


Son xəbərlər