Coko Haciyevski yeni oyunçu seçməyə tələsmir

Coko Haciyevski yeni oyunçu seçməyə tələsmir
XƏBƏR 28 İyun 2009 / 11:21 1847
-  A +

“Komandamız yaxşı oynadı, bir çox qol imkanları yaratdıq. Daha artıq hesabla qalib gələ bilərdik. Uşaqların oyunu və nəticə məni qane etdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Coko Haciyevski dünən Xorvatiyanın “Rieka” klubu ilə qarşılaşmadan sonra klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib. Makedoniyalı mütəxəssis bildirib ki, baxışda olan oyunçular haqda qəti fakir söyləməyə tələsmir: “İmkandan yararlanıb yeni oyunçuları əməldə gözdən keçirdim. Bu barədə qəti fikir söyləmək istəməzdim, seçim üçün kifayət qədər zamanımız var. Qarşıdan gələn oyunlarda onları bir daha sınağa çəkmək istəyirəm”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı