Aleksey Savinov: “Ekranas” “sədd”ini keçməyə borcluyuq”

Aleksey Savinov: “Ekranas” “sədd”ini keçməyə borcluyuq”
XƏBƏR 27 İyun 2009 / 19:51 2400
-  A +

"Komandada yüksək əhval-ruhiyyə var. Hamı bilir ki, “Ekranas” elə də zəif rəqib deyil və bu səbədən oyuna ciddi hazırlaşırıq. Burda olan şərait də yüksək səviyyədədir. Düzü, bir az hava şəraiti ilə problemimiz oldu. İlk gəldiyimizdə hava bir qədər soyuq idi və güclü yağış yağırdı. Lakin artıq hava bir az bürkü olsa da, normaldı. Qısa desək, əsl futbol havasıdır”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın və Moldova millisinin müdafiəçisi Aleksey Savinov klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib. Təcrübəli müdafiəçi bildirib ki, “Bakı” Litva çempionunu mübarizədən kənarlaşdırmağa borcludur: “Təlimlərə gəldikdə isə əsasən topla hərəkətlərə və taktiki məşqlərə üstünlük verilir. İndi qarşıda "Rieka" ilə oyun var. Bundan öncə Avstriyanın "Kapfenberq" klubuna qarşı oyunda forma geyinmişəm. Çalışacağam ki, məşqçinin etimadını doğruldum. Bu klubda olan hər bir futbolçunun borcudur. Bundan əlavə "Ekranas" səddini keçməyə də borclu olduğumuzu hamı anlayır".


Son xəbərlər