Fərhad Vəliyev “Rusenborq”u gözləyir

XƏBƏR 27 İyun 2009 / 14:21 1877
-  A +

“Qarabağ”ın kubok komandası olduğunu söyləyirlər. Bunu sübut etməyin daha bir məqamı yetişib. İnşallah, avrokuboklarda mərhələni keçəcəyik”. Qol.Az-ın məlumatına görə, bu fikirləri “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev klubun rəsmi saytına açıqlamasında deyib.

Millimizin da əsas qapıçısı olan 29 yaşlı futbolçu Ağdam təmsilçisində vitse-kapitandır. Aslan Kərimovun yoxluğunda “Qarabağ”da kapitan sarğısını daşıyan Fərhad Avroliqanın ikinci təsnifat mərhələsində məhz Norveçin “Rusenborq” klubu ilə görüşəcəklərinə köklənib. Hazırda komandası ilə birgə Türkiyədə hazırlığını davam etdirən Vəliyev “NSİ Runavik”in (Farer adaları) “Rusenborq”a uduzacağına şübhə etmir: “Hələlik hər şey istədiyimizə uyğun gedir. Qarşıda bizi ciddi sınaq gözləyir. Düzdür, bu, bizi ciddi olmağa vadar etsə də, heç də təlaş yaratmır. “Qarabağ”ın fərqli havası var. Biz bir şeyə inanırıqsa, onu qazanırıq. Kubokda hər kəs bunun şahidi oldu. Əvvəllər də demişəm ki, karyeramı “Qarabağ”da bitirmək istəyirəm. Bunu xoş söz üçün demirəm. Biz məşqlərdə sadəcə, işimizi yerinə yetirmirik”.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq