Ağasəlim Mircavadov: "Fransa faciəsini həmişə yada salıram"

Ağasəlim Mircavadov: "Fransa faciəsini həmişə yada salıram"
ÖLKƏ FUTBOLU 27 İyun 2009 / 14:25 4874
-  A +

Qol.Az-ın “Qonaq otağı” adlı rubrikanın növbəti qonağı yenidən “Xəzər-Lənkəran”ın baş məşqçisi postuna qayıdan, Azərbaycanın ən titullu məşqçisi Ağasəlim Mircavadov idi. Ağasəlim Mircavadov bu gün saat 12:00-dan 14:20-dək canlı tekst-yayımda oxucuların suallarını cavablandırdı.

Samir Əsədov: İndiki durumda milli komandamız Avropanın ən zəif komandasıdı. Yaxın gələcəkdə heç bir uğura imza atacağına heç kimdə nə inam, nə də ki, ümid var. Olmaz ki, milli komandaya xərclənən külli miqdarda pulu uşaq futbolunun inkişafına və meydançaların inşasına xərclənsin. Nə vaxt ki, normal futbolçu yetişər, onda da biz milli komandamızı yaradariq. Çünki indiki durumda milli komandamız Azərbaycan xalqının bütün dünyada başını aşağı edir. Bu nə qədər məqsədə uyğun olar? Əvvəlcədən sizə minnətdarlığımı bildirirəm.

Ağasəlim Mircavadov: Özü sual verir, özü də cavab verir. İlk növbədə deyim ki, çox yaxşı sualdır. Amma unutmayaq ki, bu milli komandadır və vəsait də xərclənməlidir. Açıq deyə bilərəm ki, milliyə əla şərait yaradılıb. Amma hələ ki, nəticə yoxdur. Bunun da müəyyən səbəbləri var. Klublar da bunun üçün çalışmalıdırlar. Uşaq futbolu olmaılıdır, meydançalar olmalıdır. Eləcə də məşqçilər savadlanmalıdırlar.  

Əhmədov Anar: Nə vaxtsa “Neftçi”yə qayıdışınız mümkündür? Şəxsən mən Gəncədəki o qızıl oyunu, “Neftçi”nin “Xəzər Lənkəran” üzərindəki qələbəsini unuda bilmirəm və o günlərin yalnız sizinlə birlikdə qayıdacağına əminəm.

A.M: Bu məndən asılı deyil, bu daha çox “Neftçi”nin rəhbərliyindən asılıdır. Bu gün isə mən “Xəzər-Lənkəran”ın baş məş.qçisiyəm və bütün gücümü bu komandanın uğuruna əhsr edirəm və edəcəyəm də.

Ceyhun: Ağasəlim müəllim, sizə xaricdən təklif gəlibmi?

A.M: Olunub, amma özüm ailə vəziyyətimə görə istəməmişəm. 

Natiq Laçınlı: Salam qol.az saytının peşəkar işçiləri. Əvvəla sizə təşəkkürümü bildirirəm ki, bizə belə şərait yaradırsınız. Bu sayt demək olar ki, oxucuların rəğbətini qazanıb. Qonağınızı da salamlayıram.
“Xəzər-Lənkəran”dan getmişdiniz. Özüdə ki necə… Gərək geri dönməzdiniz. Çünki sizi ən çox sevən, gözləyən və hörmət edən “Neftçi” azarkeşləridir.  Necə düşünürsünüz, gələn nə çempion olsanız, nə də kuboku qazansanız, “Xəzər-Lənkəran”da qalacaqsınız?

A.M: Suala görə, minnətdaram. Düzdür, “Xəzər-Lənkəran”dan bir dəfə getmişəm. Bir il futbolsuz qaldım, istirahət etdim. Boş vaxtlarımda “Neftçi”nin oyunlarını da izləyirdim. Son mövsümdə “Neftçi” çox uğursuz oynadı. Bunun səbəbi də var. O ki qaldı, “Xəzər-Lənkəran”a qayıdışıma. Onlar mənə təklif irəli sürdülər. Xeyli götür-qoy etdikdən sonra geri dönməyə qərar verdim. “Xəzər-Lənkəran”da gördüyüm işi davam etdirəcəyəm. Rəhbərliyin və azarkeşlərin sayəsində uğur qazanacağımıza inanıram. Əsas çəqsədimiz də Avropada uğur qazanmaqdır. 

Rufan Mərdanov:
1.
Ağasəlim müəllim, sizcə Azerbaycan futbolunun əsas problemi olan qalib gelmek psixologiyasını necə aşılamaq olar və bunun üçün nə etmək lazımdır?
2. Legioner limiti yoxdu və klublar hələ də normal komanda düzəldə bilmirlər. Səbəb nədi? Məşqçilərin keyfiyyətinin aşağı olmasi yoxsa futbol mentalitetimiz?
3. "Xəzər-Lənkəran" futbol klubu kimi nə zaman peşəkar klub olacaq? Nə zaman bu kluba futbolçular pul qazanmağa yox, futbol oynamağa  gələcək? Kənardan ən azından bu bələ görünür

A.M.  1. Maraqlı sualdı. Hər bir idman növündə, eləcə də futbolda futbolçularda bu hiss olmalıdır. Bu əsasən klbuda formalaşmalıdır. Məşqçilər korpusunun sayəsində bunu fubtolçulara aşılamaq olar. Oyunçular bilməlidirlər ki, onlar azarkeşlər üçün, ən əsası isə öz xalqı üçün oynuyur.  

2. Limit yoxdu, düzdür. Amma əsas problem odur ki, Azərbaycan futbolunda ümumiyyətlə, lider yoxdur. Legionerlərin də keyifyyəti aşağıdır. Hər məşqçinin öz prinsipi var. Məsəlçün mən özümdən deyirəm ki, hər zaman səviyyəli legionerə üstünlük vermişəm. Əgər o yerli oyunçudan üstün olmalıdırlar. Həm də klubda güclü rəqabət olmalıdır. Hər mövqeyə iki səviyyəli futbolçu olsa yaxşı, olardı. 

3. Suala görə minnətdaram. Amma məncə “Xəzər-Lənkəran” digər klublarımızın kimi peşəkarlığa doğru gedir. “Xəzər-Lənkəran”da bir çox işlər peşəkar səviyyədə qurulub. Amma nəzərə almaq lazımdır ki, bizim futbolumuzda belə bir problem var. O ki, qaldı futbolçulara, fikrimcə, onlar pul qazanmağa yox, futbol oynamağa gəlilər. Son bir neçə il ərzində “Xəzər-Lənkəran” Azərbaycan futboluna xidmət edib. Komanda ölkə çempionu olub, kuboku qazanıb, “Birlik Kuboku”nu qazanıb. Sankt-Peterburqda keçirlən yarışda komandamız yaxşı oynayırdı. O zaman mən də sizə bir sual verirəm, Kriştianu Ronaldu nəyə görə, “Real”a keçdi? Təbii ki pula görə. Ona görə hər bir insan da pulu fikirləşir. Amma “Xəzər-Lənkəran”a gələn futbolçular həm klubu sevilər, həm də onun uğuru üçün çalışırlar. Bu yaxınlarda mən Lobanovskinin yeni kitabını oxudum. Orada gözəl bir fikir var ki, klub 4 il ərzində qurulur. Söhbət Avropada uğur qazanmaqdan gedir. Eyni zamanda məşqçiyə də şans vermək lazımdır ki, bu müddət ərzində o öz ideyalarını gerçəkləşdirə bilsin. Bunun üçün eyni zamanda azarkeşlər də, klub rəhbərləri, futbolçular, məşqçilər, hətta komandanın sürücüsü belə eyni nöqtəyə vurmalıdır. 

Elnur Əmirov: Salam Ağasəlim müəllim.Sizcə, "Simurq"un novbəti mərhələyə keçmək şansı nə qədərdir? 

A.M: "Simurq" əzmkar klubdu. Amma təbii ki, bu klubun özündən asılıdı. Düzdür, komanda ev oyununu Zaqataladav keçirsəydi, daha yaxşı olar. Bu zaman komanda daha güclü dəstək alacaqdı. Bununle belə, inanıram ki, yenə də azarkeş dəstəyindən məhrum olmayacaq. Yenə də deyriəm bu komandanın özündən asılıdır. Fikrimcə, "Simurq"un mərhələ keçmək şansı var.

Xalid Ibrahimli: Salam Ağasəlim müəllim. Özüm "Xəzər Lənkəran" xəstəsiyəm. Yatanda da, duranda da, əyləşəndə də "Xəzər Lənkəran" haqda fikirləşirəm, bir sözlə bu komanda qanımda axır.
Sizin gəlişinizi də normal qarşılayıram. Çoxları sizi "Xəzər Lənkəran"da görmək istəyirdi. Amma bir məsələ var ki, artıq yavaş-yavaş sizin gəlişinizi pisləyirlər, etiraz edirlər. Bunun səbəbi isə yaşlı futbolçuları və "Xəzər Lənkəran"da sevilməyən futbolçuları geri qaytarmağınızdır. Bir də azərkeşlərin sevdiyi Ahmet Dursun, İvan Svetkov kimi futbolçuları göndərməyinizdir (Hər halda mətbuat belə deyir). Sizdən istəyimiz yox, tələbimiz budur ki, bu mövsüm "Xəzər Lənkəran"da yüksək səviyyəli futbolçular oynasın. Siz məşqçisiz və "Palmali"də oturanlar sizin yerinizə oyunçu ala bilməz. Yəni siz bəyənmədiyinizi onlar ala bilməz, elə deyil???? Onda sizdən tələb edirik, qanımıza uyğun dərman seçin. Bu mövsüm "Xəzər Lənkəran"da Avropadan transferlər olacaqmı və yaxud "Xəzər Lənkəran"da köklü oyunçu dəyişiklikləri olacaqmı?

A.M: Bilmirəm onlar hardan informasiya əldə ediblər ki, köhnə futboçular qaytarılıb? Heç kim komandaya qayıtmayıb. Svetkov komandadadır. Ahmet Dursunla danışıqla gedir. Çalışacağıq ki, yaxşı transferlər edək. Siz özünüz də “Xəzər-Lənkəran” azarkeşidir. Ona görə də başa düşün ki, komanda güclənməlidir. 

Tebriz Rzayev: Salam. Əvvəlcə bizə bu şəraiti yaradan insanlara öz təşəkkürümü bildirirəm və Ağasəlim müəllimə sualım belədi: sizcə "Xəzər Lənkəran"da çempion olmağa nə çatmır?

A.M: Komandada qələbə ruhu vəı birlik olmadı. Komanda özü gücünə inanmırdı. Düzdür, 1-2 oyuna baxmışdım. Amma 1-2 oyunda belə bu hiss olundu.

Samir Abbasov Ağasəlim bəy salam,
1. Azərbaycan futbolunda sizdən sonra sizin dəsti - xəttinizə uyğun olan məşqçi varmı?
2. "XL"-də ötənlərə kimi məşqçi idiniz və işləriniz Avropa səhnəsində heç də uğurlu alınmadı, səbəbləri nə idi sizcə?
3. Əvvəllər maliyyə vəsaitlərinin azlığından şikayət edirdilər, indi isə maliyyə cəhətdən demak olar ki problem yoxdu. Bu halda niyə hələ də uğur qazana bilmirsiz(bilmirlər)?
4. Azərbaycanlı futbolçular niyə işlərinin peşəkarı ola bilmirlər, onlara mane olan səbəblər sizcə nələrdir?
5. Avrokuboklarda nə zaman qrup oyunlarında Azərbaycan komandası görəcəyik?

A.M.

1.Məşqçilər var və olacaq. Amma cavan məşqçilər üzəerilərində çalışmalıdırlar. Çünki futbol durmadan inkişaf gedir. Yeni taktiki gedişlər olur. Bütün bunları öyrənmək lazımdır. Amma təbii ki, hər məşqçinin də öz dəsti xətti var.
2. Alınmadı deyəndə, biz Zaqreb “Dinamo”su ilə həm evdə, həm səfərdə başabaş oynadıq. Amma heyətimiz rəqibi keçməyə imkan vermədi. Transferləri vaxtında edə bilmədik. Eyni səhvləri “Lex”lə oyunöncəsi də etdik. Bəziləri deyirdi “Lex” zəifdi. Amma “Lex” UEFA Kubokunda qrup mərhləsinə düşdü və hətta ordan pley-offa da yüksələ bildi. Bütün səhvləri götür-qoy etmişik. Çalışacağıq gələcəkdə təkrarlamayaq.  
3. Düzgün sualdır və birmənalı cavab vermək çətindir. Pul hər şeyi həll etmir. Puldan əlavə şərait olmalıdır. Şərait o demək deyil ki, pul vaxtı-vaxtında verilir və s. Gərək meydançalar yüksək səviyydə olsun. O zaman biz iki əcnəbi ilə razılaşmışdıq. Amma onlar buradakı meydançaların şəraitini gördükdən sonar “Xəzər-Lənkəran”a gəlməkdən imtina etdilər. Amma bhu baxımdan iş gedir. Dövlət dəstəyi sayəsində meydançaların vəziyyəti yaxşılaşacaq. Eyni zamanda məşqçilər də savadlanmalıdırlar. 

4. Yaxşı sualdır. Birincisi, azərbaycanlı futbolçular bilməlidirlər ki, yaxşı dolanmaq üçün həm də yaxşı işləmək lazımdır, klubda, millidə rəqabətdə qalib gəlməlidir. Klub və millidə onlara Avropada oynamaq üçün tramplin sayılmalıdır. Bir haşiyyəyə çıxım. Köhnə futbolçuların xasiyyəti ilə indiki yerli futbolçuların xasiyyəti uyğun gəlmir. O vaxt bizim üçün birincisi futbol idi. Sonra gəlirdi institut və pul. Əfsus ki,  indikilərin əksəriyyəti ilk öncə maliyyəni əsas tutur, sonra futbolu. Bu iə çox səhv fikirdir.
 

5. Həmişə bir işi görəndə ardıcıllıq olmalıdır. Klub yarananda və oynayanda klubun rəhbərliyi uzaqgörənliklə yanaşı həm də məqsədini ortaya qoymalıdır. Lazımi iş görülməlidir. Hələ 199-cu ildjə olimpiya millisinin baş məqçisi olanda Antaly ada BATE-ylə oynayırdıq. O vaxt onların məşqçis Baydaçnı idi. O vaxt o mənə dedi ki, bizim məqsədimiz qarşadakı beş ildə Çempionlar Liqasına düşməkdir. Gördüyünüz kimi, onlar bir neçə il keçəndən sonra ÇL-in final final mərhəəlsinə düşdülər.  Bu il də düşsələr, deməli, bu, ardıcıllıqdır. Futbolda ardıcıllıq lazımdır, təsadüf yox. Ardıcıllıq olan yerdə inkişaf da olur. Ona görə də inkişaf üçün ölkə futbolunda çox iş görülməli, çempionatın səviyyəsi artırılmalıdır.
 

 

Arazov Rəhman: ilk əvvəl sizə "Xəzər-Lənkəran"-da uğurlar arzuluyuram. sizə 3 sualım var
İlk olaraq sizdən bukmeyker kontorları haqqında fikrinizi öyrənmək istərdim.
1. Sizcə KONTORLAR futbolu uçuruma aparmar ki?
2 Sonuncu Azərbaycan çempionatında hansı oyunçu çempionatımızın kəşfi oldu?

3 sonuncu dəfə oxuduğunuz kitabın adı nədir?

A.M.

1. Oxucu özü öz sualına cavab verdi. Amma bu iş dövlət səviyysində, qanuni çərçivədə olmalıdır. Necə ki, lotoreyadakı kimi. Və buradan yığılan pullar idman qurğularının tikintisinə yönəlməlidir.

2. Az baxdım bu mövsüm oyunlara. Yenə də çox göroduyümüz futbolçular oynadılar. Amma yenə də deyirəm, bu mövsüm oyunları az izlədim deyə çətindir bu suala cavab verməkö. Amma kamran Ağayevin millidəki iki oyunun qeyd edə bilərəm.

3. Hazırda Valerii Lobanovskinin «Futbolun həyatı» adlı kitabını oxuyuram. Əsasən mən futbolun nəzəriyyəsiylə bağlı kitabları oxuyuram.

 

Anar Şabanoğlu:

Salam Ağasəlım müəllım! Yenı təyinatınız münasibətilə sizi təbrik edırəm və gələcək karyeranızda indiyə qədər qazandıqlarınızdan daha çox uğurlar qazanacağınıza inanıram! Indısə keçək suallara:
 
1. Klublarımızla qazandığınız uğurlara baxmayaraq karyeranızın ən çox danışılan olayı Fransa məğlubiyyətidir. Razılaşmaq lazımdır kı, bu məğlubıyyətdən sonra dövlətın futbola diqqəti daha da artdı və sizin məşqçilik karyeranızdakı ən böyük uğurlar da məhz bu dönəmə, son illərə təsadüf etdı. Sözsüz ki, bu uğurlar həm də sizin də üzərinizdə daha ciddi çalışmağınızın nəticəsidi və bu uğurlar sizə çox böyük özüəinam verib.
Bu uğurlardan sonra çoxsaylı azarkeşlər (o cumlədən də mən) milli komandamızın da "nicatını" sizdə görürlər.
Bəs siz özünüz necə, bir gün milli komandaya qayıdıb. Fransa məğlubiyyətini unutduracaq yeni bir tarix yazmaq, Fransa ləkəsini Mircavadov adının üstündən götürmək fikrinə düşhmüsünüzmü heç? Yoxsa, nə qədər özünəinamınız olsa da, yenə də millidən uzaq olmağı daha uyğun sayırsınız? Necə deyərlər, başınızın dinc, qulağınızın sakit olması sizin üçün daha önəmlidi?
2. Fransayla oyunun nəticəsı məncə çox qəribədir. Axı o vaxt mıllıdə çıxış edən oyunçular o dərəcədə səviyyəsiz deyildi. Bu gün millidə oynayanlarla isə ümumiyyətlə müqayisəedilməz dərəcədə səviyyəli idi. O gün nə baş vermişdi? Bunda Fransada çox güclü olan erməni diasporunun əli ola bilərdimi? Bizim o zaman çox da imkanlı olmayan futbolçularımızın oyunu verdiyindən heç şübhələndinizmi?
3. Azarkeşlərin və futbol iciımaiyyətinin milli komandaya rəhbərlik etdirmək üçün ən uyğun naiızəd saydığı Ağasəlim Mircavadovun AFFA rəhbərliyinin arxasınca danışdığını və buna görə də onun "arzuolunmaz şəxs" elan olunduğu bildirilir. Deyilenə görə, millimizin bu cür biabırçı vəziyyətdə olmasına baxmayaraq, sizin təyinat almamanızın əsas səbəbi də elə budu?
4.İspaniya rüsvayçılığından sonra QOL.AZ-a müsahibəsində Vaqif Sadıqov "Azərbaycan futbolunun potensialı tükənib və bizi daha ağır məğlubiyyətlər gözləyir" deyib. Bu haqda sizin də fikrinizi bilmək maraqlı olardı.
5. Azərbaycan futbol tarixinin ən başarılı məşqçisi Azərbaycan futbolunun inkişaf yolunu necə gorür? Mümkünsə bu suala ətraflı cavab verərdiniz.
 
Cavablarınıza görə öncədən təşəkkür edirəm və bir gün Ağasəlim Mircavadovun başçılıq etdiyi futbol üzrə Azərbaycan milli komandasının başında hər hansı bir millini, fərqi yoxdu Lixtenşteyn, Andorra və ya San-Marinonu 11:0 hesabi ılə məğlub edəcəyi ümidi ilə yaşayıram. Əlbəttə daha yaxşı olar ki, Ermənistanı və ya elə Fransanın özünü 11:0 məğlub edək, amma yaxın zamanlarda bu iş real görünmür, Allah qismət eləsın 10:0-ın revanşını fransız və ermənilərdən nəvəniz alsın!!!

A.M.

1. Əvvəlcə həmin oxucunu salamlayıram. Çox sağ olsun ki, Fransanı yada saldım. Mən də bunu yada salıram həmişə. Məşqçidə uğur olur. Bu doğrudan da, mənim üçün faciədir. Bu faciəni unutdurmaq üçün yığma səviyyəsində iş görmək lazımdır. İndii milinin məşqçisi var, biz ona kömək eləməliyik. İnamım var millidə işləməyə. Bu inam da bu faciəni yaddan çıxarmaqla bərabər. Azərbaycan futbolunun incəliklərini bilirik. Həmin oyunu oynamaq istəyirik.
Milliyə gəlincə, bu haqda düşənmüşəm və ya düşənməmişəm söhbəti yoxdur. Yenə də deyirəm indi millinin məşçisi var, bu biz ona indi kömək etməliyik. Əgər qarşıda mənə təklif olsa, bu haqda fikirləşə bilərəm.

2. Elə bir şey qətiyyən olan bilməz. Mən təsəvvürümə gətirə bilmirəm. Bu, sadəcə oyunu idi. Fikirləşməmişəm və buna vaxtım da olmayıb. Bu oyuna baxsanız, görsəniz ki, bizə necə qollar vuruldu… Adamın inanmağı gəlmir. Belə halların təkralanmaması üçün çox işləməliyik.

3. Mən elə bir insan deyiləm ki, kiminsə dalınca danışam. Mənim AFFA rəhbərliyinə böyük hörmətim var. Mən Rövnəq müəllimlə iki il «Neftçi»də çalışmışam, onunla yaxşı münasibətim var. Bu barədə kimsə yazıbsa belə, çox səhv fikirdir.


4. Millinin hnyətimndə köklü dəyişiklik olmalı, lazımsız oyuknçular milliyə dəvət edilməməlidir. Mən başa düşürəm ki, millinin baş məqçisiylə klubların baş məşqçisləri arasında böyük ünssiyyət olmalıdır. Hər bir fütbolçu milliyə klub məşqçilərinin rəyindən sonra dəvət edilməlidir. Mən millidə işləyəndə həmişə çalışmışam ki, klubların məşqçiləriylə ünsiyyət qurum, onların əryini nəzərə alım. Yaxşı olardı ki, SSRİ dövründəki kimi futbolçularla fərdi plan hazırlanmalıdır. Bu planı millini baş məşqçisiylə klubun baş məşqçisi hazırlayırdı. O vaxt SSRİ olimpiya yığmasının baş məşqçisi mənimlə tez-tez əlaqə saxlayırdı. O vaxt SSRİ yığmalarını baş məşqçiləriylə klubların məşqçiləri arasında ildə 3-4 görüş keçirilirdi, fikirlərimizi bildiridik. Bu ünsiyyəti bizdə qurmaq daha rahat olardı. Bu halda səviyyəli oyunçular tapmaq olar, lazımsız oyunçular millidən kənarlaşdırılar.

5. Əslində oxucu çox suala özü də cavab verib. Əslində mən də inanıram ki, klublarımız və milli nə vaxtsa bu hesabla qələbə qazanacaqlar. Boris Arkdadyev 1961-ci ildə «Neftçi»yə baş məşqçi təyin olunanda bölgələrə getmişdi. O dedi ki, Azərbaycan təkcə neftə görə deyil, futbolçulara görə də tanınan bilər. Çünki burda yetərincə istedalı futbolçu var idi. İndi Azərbaycanda futbolçu qıtlığı var. Xüçsusilə uşaq futbolunda. Futbol elə bir şeydir ki, bu şəm də elmlə bağlıdır. Biz bu elmdən dala qalmışaq. İkinci məhəllə futbolu bərpa olunmalıdır. Üçüncüsü, yenə də öz fikrimdəyəm ki, çox çalışmalıyıq Azərbaycanda yerli və yaxşı futbolçular yetişdirək. Həmin oyunçular millidə oynaya bilərlər və həmin hesablı qələbəni də məhz onlar qazana bilərlər. 
 

Fərid Eynullayev: Xahiş edirəm, sualıma səmimi cavab verəsiniz. «Neftçi»ni nəyə görə tərk etdiniz?

A.M. Müqaviləm bitmişdi, ona görə.

Narmin Xalilova: hamınızı salamlayıram.Ağasəlim müəllimə suallarım bundan ibarətdir:
1.Təxminen 1 il işsiz qalacağını və bu müddətdə heç bir təklif almayacagını özü də gözləyirdiniz?

2." Xəzər-Lənkaran"la yanaşı eyni vaxtda başqa komandalardan, məsələn "Neftçi"dən təklif gələcəyi halda hansı komandaya üstünlük verəcəkdi? yoxsa maddi cəhətdən daha sərfəli varianti seçərdi?(hərçənd mənə ele gəlir ki, "Neftçi" variantına üstünlük verərdi

3.Ağasəlim müəllimin fikrincə, Azərbaycanda hansı komanda daha yaxşı və mütəşəkkil fanat kütləsinə malikdi, bir sozlə ən yaxşı fanatlar hansı komandanındı?

A.M.  

1. Gözəl sualdır. Mən hər şeyi nəzərə almışam. Futbol məşqçiləri belə günləri yaşayırlar. Ona görə də məşqçilər bu günə də hazır olmalıdırlır

2. Birincisi, mən heç vaxt pula üstünlük verməmişəm. İkincisi, hardan təklif gəlibsə, onu dəyərləndirmişəm. «Neftçi»dən təklif almamışam. XL-dən təklif aldım, onu dəyərləndirib qəbul etdim. Adətən, məşqçiyə 2-3 təklif olur. Bu dəfə mənə yalnız bir komandadan - XL-dən dəvət gəlmişdi.

3. Fanatın yaxşısı-pisi olmur. Mən onlara həmişə sayğıyla yanaşmışam. İndiik halda ən mütəşəkkil azarkeş ordusu XL-indi.

Tahir Qənbərov: Salam! "X.L".-da təkrar sizi görməyimə şadam.
1: Komandada ümumi əhval-ruhiyyə nə yerdədir?
2: Niyə "X.L"-nin imkanı ola-ola heç vaxt güclü ikinci heyətə malik olmayıb? Əvəzediciləri demirəm.     
3: "X.L".-la Azərbaycanda və MDB-də çempion olmusunuz. Avropada tanınmağın vaxtı deyilmi? Bunun üçün nə isə edecəksinizmi? Yoxsa MDB sərhədini keçmək arzu olaraq qalacaq?
Sizə uğurlar arzulayiram.

A.M.
1.
Normal. İşlər qaydasında gedir.
2. Əlbəttə, biz çalışacığıq ki, əvəzedici heyətdə yerli, 17-18 yaşlı futbolçular olsun.
3. MDB də elə Avropadır. Əlbəttə, çalışacağıq ki, Avopada da uğur qazanaq. Yenə də deyirəm, mənə təsadüf yox, ardıcıllıq lazımdır.

 

Rahib Isayev: Salam Ağasəlim müəllim.
1.Sizcə, Azərbaycanda peşəkar məşqçi varmı?
2.Əgər varsa, onlar nəyə görə peşəkar sayılırlar. Mən bildiyimə görə, heç bir məşqçimizin elə böyük uğuru yoxdur. Birlik kubokuna qazanmaq, Azərbaycan çempionu olmaq, Avropada 1 mərhələ keçmək, ya da kuboku qazanmaq o demək deyilki peşəkardırlar. Hər şey de nəticədən asılıdı. Nəticə də yoxdur

A. M:

1. Əlbəttə ki, var.
2. Bu, səhv fikirdir. Nəticə başqa şeydi. Hər bir işdə peşəkarlıq var. Uğur qazanmaq üçün təkcə peşəkarlıq yox, başqa amillər də tələb olunur. Məsələn, şarəait. Bu günlərdə İspaniya ilə ABŞ oynadı. Kimin ağlına gələrdi ki, ABŞ İspaniyanı udacaq.

İbrahim Həsənov: salam. Sizin Ramin Musayeve zəng edib, “kişi kimi kuboku verdin "Qarabağ"a” deməyiniz düzdür?

A.M.  Kim çempion olur, kim kuboku qazanır… Mən bunula maraqlanmıram.

RAFA: Salam qol.az və Ağasəlim müəllim. Sizə bir sualım var. Deyə bilərsinizmi, Azərbaycan milli çempionatlarının ən güclü futbolçusu kimdir ve həmin futbolçunun müsbət xüsusiyyətlərini qeyd edərdiniz. Əvvəlcədən təşəkkür edirəm.

A.M: Əlbəttə, 1992-ci ildən bəri Azərbaycanda güclü futbolçular olub. Bizim ən zəif cəhətimiz odur ki, bizdə xaricdə oynamırlar. Həmin futbolçulara güclü reklam, menecer lazımdır ki, Türkiyə və Rusiya kimi ölkələrdə oynaya bilsinlər.


Elşad Rəsulzadə: İlk növbədə sizi və butun qol.az - da çalışan bütün əməkdaşlarını salamlayır və bizə belə bir şərait yaratdıqları üçün təşəkkürümü bildirirəm. Sizi qol.az portalında qonaq qismində görməyimə çox şadam! Yenidən köhnə-təzə komandanıza baş məşqçi qayıtmanız münasibətilə sizi təbrik edirəm! Sizdən çox xahiş edirəm ki, suallarımın hamısını cavablandırasınız. Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm və işlərinizdə müvəffəqiyyətlər arzulayıram!
Sizə olan suallarım isə belədir:
1.Ağasəlim müəllim sizə elə gəlmir ki, bizim klublarda işini yaxşı bacaran seleksiyaçı məşqçilər lazımdır? Məncə Azərbaycanda yaxşı seleksiyaçı məşqçilər olsa klublarımızın yaxşı nəticə göstərər sizcə?
2.Sizə elə gəlmir ki, klub rəhbərliyi tərəfindən qovulan məşqçi yenidən ora qayitmasi bu nə qədər düzgün addımdır? Bir də məni sizin "Xəzər"dən müəmmalı ayrılmağınızın səbəbləri maraqlandırır. Çünki hərə bir söz deyir. Sizin öz dilinizdən eşitmək çox xoş olardı.
3.Ağasəlim müəllim yəqin ki, sizin dövrünüzdə baş verən bir sira olaylar səbəbindən sizi Lənkəranda yenidən görmək istəyən azarkeşlərin sayi o qədər də çox deyil. Hər halda, işləri elə planlaşdırmaq lazimdi ki, növbəti mövsümdə xoşagəlməz atmosfer yaşanmasın. Lənkəran azerkeşlərinin istefa sədalari Rasim Kara, Iqor Ponomaryovu postundan göndərdi. Sizi belə hallar qorxutmur ki?
4.Lənkəran təmsilçisinə transfer edilən zaman bölgədə yaşayacağını bilməyən və özünü əyalətdə tam rahat hiss etməyən svetkovlarla, sonkayalarla, dursunlarla nə etmək olar ki? Ilk baxişdan xırda görünən belə sebəblər komandanın içini yonur!
Məgər psixoloji sarsıntı yaşayan qoşunla döyüş meydanında zəfər çalmaq asandı? Siz bunu bacara biləcəksiz?

A.M:

1. Çox düzgün sualdır. Həqiqətən də bizdə seleksiyaçılar, daha dəqiq desək, menecerlər demək olar ki, yoxdur. Əlbəttə bu cür peşəkarkların olması futbolumuzun inkişafına daha yaxından köməklik göstərərdi.
2. Gedişimdə heç bir müəmma yox idi. Sadəcə olaraq, müqaviləmin vaxtı qurtarmışdı, getdim. Bir məşqçinin ikinci dəfə eyni klubda çalışmasında da heç bir problem görmürəm.
3. Bu məni qətiyyən qorxutmur. Biz ümumiyyətlə, belə şeylər haqda heş düşünmürük də. Mən inanıram ki, hər şey yaxşı olacaq.
4. Düz deyirsiniz. Amma hər bir oyunçu gələndə bilməlidir ki, hansı klubla gəlir və orada onu hansı şərait gözləyir.


Ruslan Aliyev: Salam.
Ağasəlim müəllim sizin oyun sisteminiz lənkaranlı azarkeşlərin çox xoşuna gəlir. Mümkündürmü ki, yazılı şəkildə elmi əsaslandırılmış bir sistem yaradasız? Bir də ki, kecən il deyilənlərə görə, sizin Mario Souza ilə probleminiz olduğu üçün o "Xəzər"i tərk etmək istəyirdi. Sonrasi isə aydındır. Belı şeylər yenə ola bilər?

A.M: Belə bir system var. Biz həmin sistemi komputerin yaddaşına köçürmüşük və bundan da istifadə edirik. O ki qaldı Souzaya, onunla armada heç bir problem olmayıb. Sadəcə olaraq, biz “Birlik Kuboku”ndan qayıtdıqdan sonra Souza mənə dedi ki, “Paxtakor”dan yaxşı təklif alıb və ora getmək istəyir. Mənsə ona dedim ki, sənin klubla müqavilən var və getməyinə icazə verə bilmərəm. Bu haqda fikrimi rəhbərliyi də dedim. Bu məsələ belə olub. Mənim nəinki Souza ilə ümumiyyətlə, heç bir futbolçu ilə problemim yoxdur.

Ferid Mammadzade:
1) Cənab Mircavadov, sözsüz ki, siz hal-hazırda Azərbaycanın ən təcrübəli məşqçisisiniz. Hər zaman Azərbaycan daxildə nəticələrinizlə birincilər sırasında olsanızda, beynəlxalq arenadakı nəticələriniz barədə eyni sözləri demək olmur. ümumiyyətlə, bu tək sizə aid deyil, bu bütün Azərbaycan futbolunun problemidir. Məni maraqlandıran odur ki, daxildəki ugurun reseptini əzbər bilən Mircavadov, niyə hələ də Beynəlxalq arenadakı ugurun reseptini tapa bilməyib? Bu yolda əsas problemlərimiz hansılardır?
2) Yenidən Xəzər-Lənkərana qayıtmaqla, yeni nəyə nail olmaq istəyirsiz? axı siz Xezer-Lənkəranla daxildə qazalına biləcək bütün ugurları qazanmısınız.- Çempionluq, ölkə kuboku, və üstəlik Birlik kuboku. sizi yenidən burda işləməyə istimul verən nədir? - pul yoxsa Avropada ugurlu çıxış?
3) Daim başçılıq etdiyi komandalarda gözəl və baxımlı futbolu ilə seçilən Mircavadov, bu gunku, milli komandamızın əsas problemini nədə görür?
4) sonda bir Neftçi azərkeşi olaraq sualımı verirəm. Eyni vaxtda və eyni şərtlərlə həm Neftçidən , həm də Xəzər-Lənkərandan təklif gəlsəydi hansını gəbul edərdiz?

A.M:
1. Bu tək bizim yox, bütün Azərbaycan futbolunun problemidir. Hələ ki Avropada uğur qazanmaq bizə qismət olmayıb. Amma inanıram ki, yaxın gələcəkdə bu problemi aradan qaldıra biləcəyik.
2. Puldan söhbət gedə bilməz. Mən heç vaxt pulu düşünməmişəm. Mən yarımçıq qalan işimi davam etdirmək istəyirəm. Əsas məqsədimiz Avropada uğur qazanmaqdır.
3. Problemlər var. Seleksiya işi düzgün qurulmur. Çünki mən belə hesab edirəm ki, milli komandaya futbolçu seçərkən onun pasportuna yox, oyunana fakir vermək lazımdır. Məsləçün Litmanen bu gün də Finlandiya millisindəı oynayır. Bir hissə, 30 dəqiqə oynamasına baxmayaraq, öz işini görür. Gənc futbolçular da ondan çox şey öyrənirlər. Həm də hesab edirəm ki, məşqçilər çempionat oyunlarını daha çox izləməlidirlər.
4. Mən “Neftçi”dən təklif almamışam. Ona görə də gəlin olan şeylərdən danışaq.  

Samad Safarov:
1. Ağasəlim müəllim, sizi yenidən futbolda görmək çox xoşdur. Azərbaycan içində böyük uğurlara imza atmısınız. Birlik Kubokunu yalıiz sizin basçılıq etdiyiniz klublar qazana biliblər. Amma Avropada yarışlarında uğursuz çıxış etmisiniz. Təsadüfi deyil ki, millimizin ən böyükhesablı məğlubiyyəti zamani da komandaya siz başçılıq etmisiniz. Sizi yalnız SSRİ məkanınən kamil futbol bilicisi hesab etmek olarmı?
2. Siz Azərbaycan millisinin baş məşqçisi olsaydiniz, Uelslə oyunda yığmamızı hansi "11-lik"də meydana çixardardınız?

A.M:
1. Maraqlı sualdı. Amma bu suala mən yox, başqaları cavab versəydi daha yaxşı olardı. Mən SSRİ məçqçilər məktəbinin yetirməsiyəm. Məşqçilik kursunda təhsil aldıqdan sonar, bizi o vaxt təcrübə toplamağa göndərirdilər. Həmin vaxt SSRİ-nin 3-4 klubunun düşərgəsində olmuşam, müəyyən təcrübə toplamışam.
2. Yenə də deyirəm, gəlin olmayan şeylərdən danışmayaq. Axı mən Azərbaycan milli komandasının baş məşqçisi deyiləm. 






Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"