İstanbul-Oslo-Tronheym

XƏBƏR 26 İyun 2009 / 21:39 2051
-  A +

Ağdamın “Qarabağ” klubu Farere adaları təmsilçisi ilə yox, Norveçin “Rusenborq” klubu ilə qarşılaşacağına o qədər əmindir ki, artıq indidən bütün planlarını Skandinaviyaya uyğun qurub. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, “Qarabağ” artıq səfərin marşurutuna da müəyyənləşdirib. Belə ki, möcüzə baş verməsə və Farere adaları təmsilçisi sürpriz edə bilməsə, o zaman “Qarabağ” iyulun 13-də İstanbula, oradan Norveçin paytaxı Osloya, Oslodan isə matçın oynanılacağı Tronheymə yollanacaq.

 


Son xəbərlər