U-19 oyunqabağı son məşqini keçdi

U-19 oyunqabağı son məşqini keçdi
XƏBƏR 26 İyun 2009 / 19:55 1804
-  A +

Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 25-dən etibarən Litvanın Kaunas şəhərində təlim-məşq toplanışındadır. Hazırlıq prosesi çərçivəsində yığmamız iyunun 27-də və 29-da litvalı həmyaşıdları ilə yoldaşlıq oyununda qarşılaşacaq. Qol.Az-ın məlumatına görə, bu gün U-19 oyunqabağı son məşqini keçirib. İsinmə hərəkətləri ilə başlayan məşq müxtəlif fiziki təmrinlərin yerinə yetirilməsiylə davam etdirilib. Sonda futbolçular yaxın və uzaq məsafələrdən qapıya zərbələr vurubar.
Bel nahiyəsində zədəsi olan Amid Quluzadənin sabah keçiriləcək oyunda meydana çıxması sual altındadır. Heyətdə başqa zədəli futbolçu yoxdur və komandada yüksək əhval-ruhiyyə hökm sürür.

 

 


Son xəbərlər