“Bakı” Sloveniya toplanışına məğlubiyyətlə başladı

XƏBƏR 26 İyun 2009 / 16:32 2060
-  A +

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Litva çempionu “Ekranas”la üz-üzə gələcək Azərbaycan çempionu “Bakı” Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ilk oyununa çıxıb. Qol.Az-ın məlumatına görə, Ptuy şəhərində Avstriyanın elita klublarından olan “Kapfenber”lə üz-üzə gələ Coko Haciyevskinin yetirmələri meydanı məğlub tərk ediblər. Oyunda hesabı avstriyalılar açıb. 58-ci dəqiqədə  Hüttenbrenner gərqlənib. 62-ci dəqiqədə isə Elfmeter ikinci qolu “Bakı”nın qapısından keçirib. Azərbaycan çempionunun gücü yalnız təsəlli qoluna çatıb. 75-cı dəqiqədə Bəxtiyar Soltanov fərqlənib. Beləliklə, “Bakı” Sloveniya toplanışına məğlubiyyətlə başlayıb.

Qeyd edək ki, Azərbaycan çempionu növbəti yoxlama görüşünü sabah, son Xorvatiya çempionatının bürünc mükafatçısı "Rieka"ya qarşı keçirəcək.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki