İsraillilər Bakını böyük sərmayələrin yatırıldığı şəhər adlandırdılar

XƏBƏR 26 İyun 2009 / 15:35 2002
-  A +

İyulun 2-də Avropa Liqasının ilkin təsnifat mərhələsinin ilk matçı çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Simurq”un qonağı olacaq İsrailin “Bney Yehuda” klubu Zaqatala təmsilçisi və ölkəmiz haqqında yetərincə məlumat toplayıb. Qol.Az-ın məlumatına görə, İsrail klubunun rəsmi internet saytında həm komandamız, həm onun təmsil etdiyi rayon, həm də, paytaxt Bakı haqqında geniş informasiyalar yerləşdirilib. Həmin məlumatda “Simurq”un o qədər də böyük olmayan Zaqatala şəhərini təmsil etdiyi və ev oyunlarını 3500 yerlik mərkəzi şəhər stadionunda keçirdiyini yazıblar. İsraillilər xüsusiə paytaxt Bakıdan danışıblar: “Simurq”un öz şəxsi stadionu olsa da, bizi Bakıdakı Tofiq Bəhramov adına stadionda qəbul edəcəklər. Bakı haqqında onu demək olar ki, bura böyük sərmayələrin yatırıldığı şəhərdir. Özü də Azərbaycanın paytaxtıdır. Varlı şəhərdir, dəniz kənarında, əlverişli mövqeydə yerləşdirdiyindən onu port şəhəri də adlandırmaq olar. Şəhərdə xeyli sayda tikililər var. Bakı eyni zamanda çox bahalı şəhərdir. Yəqin ki, oraya gedən azarkeşlərimiz hər şeyi öz gözləri ilə görəcəklər”.

 


Son xəbərlər