“İnter” Slovakiyaya iyulun 1-də yola düşür

“İnter” Slovakiyaya iyulun 1-də yola düşür
XƏBƏR 26 İyun 2009 / 14:01 1997
-  A +

Avropa Liqasının ilkin təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə Trnava “Spartak”ı ilə üz-üzə gələcək Bakının “İnter” klubu Slovakiyaya birbaşa Türkiyədən getməyi planlaşdırsa da, bu baş tutmayıb. Səbəb Slovakiyanın Türkiyədəki səfirliyinin komandamıza viza verməməsi olub. Buna görə də, “İnter” həmin vizanı slovakların Rusiyadakı səfirliyindən almalı olub. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, artıq məsələ həll olunub və “İnter” iyulun 1-də əvvəlcə təyyarə ilə Avstriyanın paytaxtı Vyanaya, oradan isə avtobusla Slovakiyaya yola düşəcək. Komanda səfərə yola düşənə kimi hazırlığını “Şəfa” stadionunda davam etdirəcək.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı