Ağasəlim Mircavadov: “Rəşad mənə dedi ki, “Neftçi”də oynamaq istəyir”

ÖLKƏ FUTBOLU 26 İyun 2009 / 13:42 2492
-  A +

“Rəşad çoxdan idi “Xəzər-Lənkəran”dan ayrılmaq qərarına gəlmişdi. Mənimlə söhbətində dedi ki, “Neftçi” ilə danışıq aparır və orada oynamaq istəyir. Eyni zamanda bildirdi ki, bilsəydim siz gələcəksiniz, bəlkə də, bu qərarı qəbul etməzdim. Komandadan niyə ayrılmaq istəməsinin səbəbini mənə demədi. Amma deyə bilmərəm onun “Neftçi”yə keçidi baş tutacaq, ya, yox. Çünki səhv etmirəmsə, “Xəzər-Lənkəran”la müqaviləsi var. Bir sözlə, bu məsələ klub rəhbərliyindən asılı olacaq”. Bu sözləri Qol.Az-a “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov klubunun aparıcı futbolçularından olan Rəşad Abdullayevin “Neftçi”yə keçidinə dair yayılan məlumatlara münasibət bildirərkən deyib. Təcrübəli mütəxəssis Rəşadın qərarına qarşı çıxmadığını da dedi: “Bilirsiniz, mən həmişə onun tərəfdarı olmuşam ki, futbolçunu zorla bir komandada oynatmaq olmaz. Əgər onun ürəyi bu komandada oynamağı istəmirsə, o zaman məcbur etməyə lüzum yoxdur".

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı