Rusiya Futbol İttifaqı Azərbaycanla oyunla bağlı açıqlama yayıb

XƏBƏR 8 Dekabr 2008 / 17:30 3398
-  A +

Bu gün Rusiya Futbol İttifaqı Rusiya və Azərbaycan milli komandaları arasında keçiriləcək oyunla bağlı açıqlama yayıb. Qol.Az-ın məlumatına görə, açıqlamada bildirilir ki, dünya çempionatı 2010-nun seçmə mərhələsinin Rusiya - Azərbaycan matçı 2009-cu ilin martın 28-də, yerli vaxtla saat 17.00-da (Bakı vaxtıyla saat 18.00-da) Moskvadakı «Lujniki» stadionunda keçiriləcək. Stadionun seçimiylə bağlı qərar Rusiya Futbol İttifaqı rəhbərliyinin və Rusiya milli komandasının baş məşqçisi Quus Hiddinkin birgə müzakirələri zamanı qəbul olunub.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı