"Neftçi" yeni futbolçuları sınaqdan keçirir

XƏBƏR 26 İyun 2009 / 12:28 1962
-  A +

İyunun 20-dən Premyer Liqanın yeni mövsümünə hazırlığa start verən ölkə futbolunun flaqmanı "Neftçi" gündə bir dəfə olmaqla klubun bazasındakı meydançada məşq keçir. Qol.Az-ın məlumatına görə, komandanın məşqlərində yerli futbolçular və əvəzedici heyətin bir neçə üzvü ilə yanaşı, baxışa gələn futbolçular da iştirak edir. Bunlar litvalı Paulas Qribauskas (qapıçı), estoniyalı Taavi Rahn (müdafiəçi), çernoqoriyalı Vladimir Vuyoviç (yarımmüdafiəçi), ukraynalı Ruslan Hançak (yarımmüdafiəçi) və serbiyalı Marko Corceviçdir (yarımmüdafiəçi).

Xatırladaq ki, paytaxt klubu iyunun 27-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda “Olimpik”lə yoldaşlıq görüşü keçirəcək. Oyun saat 19:00-da başlayacaq. Baş məşqçi Böyükağa Ağayev bu oyundan sonra baxışda olan bütün futbolçular haqqında son qərarını verəcək. Yoldaşılq görüşündən sonra bir günlük istirahətə buraxılacaq futbolçuların ayın 29-da tibbi müayinədən keçmələri nəzərdə tutulub.

 

Mənbə: pfl.az


Son xəbərlər