"Xəzər-Lənkəran" Premyer Liqaya Boluda hazırlaşacaq

XƏBƏR 26 İyun 2009 / 12:19 1884
-  A +

Iyunun 24-dən etibarən Bakıda toplanan Lənkəran təmsilçisi paytaxtın "Kayzer" mehmanxanasında məskunlaşıb. Qol.Az-ın məlumatına görə, baş məşqçi Ağasəlim Mircavadovun rəhbərliyi altında "Ədliyyə" stadionunda məşq edəcək "Xəzər-Lənkəran" heyətinə "Olimpik-Şüvəlan"ın iki gənc oyunçusunu dəvət edib. Klubun rəsmi saytının verdiyi məlumata görə Zabit Səfərov və Nizami Hacıyevlə artıq müqavilə imzalanıb. Ötən mövsümü Yevlaxın "Karvan" klubunda icarə əsasında keçirən Alim Qurbanov və klubun əvəzedici heyətinin üç gənc futbolçusu da Ağasəlim Mircavadovun ixtiyarındadır.

Iyunun 28-dək tibbi muayinədək keçəcək heyət bir gün sonra Premyer Liqanın yeni mövsümünə hazırlıq keçmək üçün Türkiyənin Bolu şəhərinə yollanacaq. Qeyd edək ki, "Xəzər-Lənkəran" klubunun legionerləri həftə sonuna qədər düşərgəyə qatılacaq. 

 

Mənbə: pfl.az

 


Son xəbərlər