“Simurq” Bolqarıstan millisinin sabiq üzvünü transfer edir

“Simurq” Bolqarıstan millisinin sabiq üzvünü transfer edir
ÖLKƏ FUTBOLU 26 İyun 2009 / 11:26 2233
-  A +

Bolqarıstan mətbuatının yaydığı məlumata görə, Avropa Liqasında Azərbaycanı təmsil edəcək “Simurq” klubu Sofiya “Slaviya”sının üzvü Martin Kerçevi heyətinə qatır. Bolqarların sözlərinə görə, artıq tərəflər razılığa gəliblər və, Zaqatala klubu Kerçevlə 1 illik müqavilə bağıalamı planlaşdırır. Klubun mətbuat xidmətindən də, Qol.Az-ın əməkdaşına həqiqətən də, zaqatalalıların bu futbolçu ilə danışıq aparmaları xəbərini təsdiq etdilər. Amma klub rəsmiləri hələ ki, yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanmadığını bildirdilər. Kerçev haqqında qısaca olaraq onu deyək ki, 1982-ci ilin 22 oktyabrında Boqlarıstanın Ruse şəhərində anadan olub. İlk peşəkar klubu Rusenin “Lokomotiv” klubu olub. “Slaviya”dan əvvəl isə Sofiya MOİK-nın də şərəfini qoruyub. “Slaviya”nın heyətində keçirdiyi 82 oyuna 18 qol vurub. Boyu 178 sm, çəkisi 74 kqdır. Martin Bolqarıstan milli komandasının heyətində bir neçə oyun keçirməyə də imkan tapıb. Bu arada hazırlığını başa vuran Zaqatalanın “Simurq” klubu bu gün “Olimpi” ilə son yoxlama görüşünü keçirərək Gürcüstandan vətənə qayıdacaq. Roman Pokoranın komandası Avropa Liqasının ilk matçı çərçivəsində iyulun 2-də İsralinin “Bney Yehuda” klubuna qarşı keçirəcəkləri qarşılaşmanın hazırlıqlarını Bakıda davam etdirəcəklər.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord