"Gəncə"nin fan klubu yarandı

XƏBƏR 25 İyun 2009 / 23:56 2378
-  A +

3 ildən sonra böyük futbola dönən Gəncənin artıq ilk azarkeş qrupu da var.Qol.Az-ın məlumatına görə, "Kəpəz" müstəqil fanat klubu adlanan qurum Bakıda təsis edilib. Fan klubu Bakıda yaşayan gəncəlilər yaradıblar. Azarkeş birliyinə başçılıq Adil Məmmədova həvalə olunub. Elə Məmmədov və onun rəhbərlik etdiyi qurumun üzvləri ölkə paytaxtından Gəncəyə gələrək mərkəzi şəhər stadionunda komandanın prezidenti Elmir Əliyev və baş məşqçi Fuad İsmayılovla görüşüblər. Görüşdə komandanın gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb. Adil Məmmədov bildirib ki, başçılıq etdiyi qurum Gəncənin istər ev istərsə də səfər matçlarında kollektivi dəstəkləyəcək. "Kəpəz" müstəqil fanat klubu tam müstəqil azarkeş birliyi olacağından komanda tərəfindən heç bir maddi yardım almaq istəmir. Bütün maliyyə xərclərini fanatlar öz üzərlərinə götürüblər. Onu da qeyd edək ki , fan klubun mərkəzi ofisi Bakıda yerləşəcək.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq