Fan-klublar da avrokuboklara hazırlaşır

Fan-klublar da avrokuboklara hazırlaşır
XƏBƏR 25 İyun 2009 / 21:08 2788
-  A +

Qarşıdan gələn avrokuboklar oyununa təkcə klublar deyil, eləcə də fan-klublar ciddi hazırlaşır. Çempionlar Liqası və Avroliqa oyunları zamanı komandalarımızı yalnız buraxamamaq üçün müxtəlif klubların azarkeşləri birləşmək qərarına gəliblər. Qol.Az-ın məlumatına görə, bu məqsədlə “İnter” fan-klubu iyunun 27-i, saat18:00-da “Şəfa” stadionunda toplantı keçirəcək. Tədbirdə təşkilatçılarla yanaşı, “Bakı” və “Neftçi”nin fan-klubu, “Xəzər-Lənkəran”ın “Fırtına” fan-klubu, Eləcə də ölkəmizdə fəaliyyət göstərən “Qalatasaray”ın “UltraAslan” və “”Fənərbaxça” fan-klubunun nümayəndələri iştirak edəcəklər.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi