“Qarabağ” məşqlərini intensivləşdirib

“Qarabağ” məşqlərini intensivləşdirib
XƏBƏR 25 İyun 2009 / 15:53 1970
-  A +

“Qarabağ” Türkiyədə hazırlıqlarını davam etdirir. Artıq Qızılcahamamda 3-gününə qədəm qoyan komanda getdikcə tempi artırır. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, ilk çalışmasında sadəcə kross qaçan və topla yüngül təmrinlər edən komanda üzvləri axşamkı çalışma zamanı 2 saata yaxın meydanda olub. Bu dəfə topla fərqli təmrinlər yerinə yetirən futbolçular qapıya zərbələr üzrəində də işləyib. Sonda isə 2 qapıya futbol oynanılıb. Oyunun gedişində başlayan leysan yağışı belə, futbolçuların həvəsinə əngəl olmayıb.
Bu gün səhər çalışması isə fitness salonunda baş tutdu. 2 qrupa bölünən futbolçular yüngül isinmə hərəkətlərinin ardından ağırlıq salonunda təxminən 2 saat çalışdı. Ayağında zədə olan Vaqif Cavadov hələ qaçışla kifayətlənsə də, kubokun finalında zədələnən Aftandil Hacıyev tədricən komandayla məşqlərə qatılır.
Günün 2-ci məşqi 17:30-a təyin olunub.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı