Klublarımız Avrokuboklarda azarkeş dəstəyindən məhrum olmayacaq

Klublarımız Avrokuboklarda azarkeş dəstəyindən məhrum olmayacaq
XƏBƏR 25 İyun 2009 / 15:22 2061
-  A +

Çempionlar Liqası və Avroliqada ölkəmizi təmsil edəcək klublar səfər oyunları zamanı azarkeş dəstəyindən məhrum olmayacaq. Qol.Az-a “İnter”in fan-klubundan verilən məlumata görə, artıq Norveç, İsveçrə və Finlandiyada yaşayan həmyerlilərimiz “Qarabağ”a dəstək olacaqlarını bildiriblər. Eləcə də avropada yaşayan azərbaycanlılar “İnter” və “Simurq”u da dəstəkləyəcəklər. “İnter”ə Çexiya, Polşa və Macarıstanda yaşayan həmyerlilərimiz dəstək olacaqlar. Artıq xaricdə yaşayan həmyerlilərimiz bu məqsədlə “İnter”in atributlarını əldə etməyə çalışırlar. İsraildə yaşayan azərbaycanlılar isə “Simurq”a xüsusi dəstək göstərəcəklər. İsraildə yaşayan dağ yəhudiləri və azərbaycanlılar matçın keçiriləcəyi stadionda bir neçə sektoru dolduracaqlarını bildiriblər.

 


Son xəbərlər