“Simurq”un Avroliqadakı rəqibi ötən il “Olimpik”lə qarşılaşa bilərdi

XƏBƏR 25 İyun 2009 / 15:15 2119
-  A +

“Simurq”un Avroliqadakı rəqibi, İsrailin “Bney İequda” klubu hələ ötən il Bakıya səfər edə bilərdi. Qol.Az-ın məlumatına görə, ötən mövsüm UEFA kubokunun ilk mərhələsində İsrail klubu San-Marinonun “Yuvenes-Doqana” klubu ilə qarşılaşıb. Öz meydanında 3, səfərdə isə 2:0 hesabı ilə qalib gələn Təl-Əviv klubu növbəti mərhələdə Serbiyanın “Voyvodino” klubunu sınağa çəkib. Xatırladaq ki, “Voyvodino” ötən il UEFA kubokunun ilk təsnifat mərhələsində məhz Azərbaycan çempionatının gümüş mükafatçısı “Olimpik”i mübarizədən kənarlaşdırmışdı. Bu isə o deməkdir ki, əgər “Olimpik” “Voyvodino” “sədd”ini aşa bilsəydi, məhz “Bney İequda” ilə qarşılaşacaqdı. 
İsrail klubu “Voyvodino”nu da məğlub etməyi bacarıb. Səfərdən qolsuz bərabərliklə ayrılan Təl-Əviv təmsilçisi öz meydanında 3:0 hesabı ilə qalib gəlib. Növbəti mərhələdə isə “Bney İequda” Fransanın məşhur “Sent-Etyen” klubu ilə qarşılaşıb. Lakin israillilər UEFA kubokunda mübarizəni qrup mərhələsinin bir addımlığında dayandırıb. Fransa təmsilçisi hər iki matçda 2:1 hesablı qələbə qazanıb.

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı