“Neftçi”nin yeni baş məşqçisinin adı məlum oldu

XƏBƏR 25 İyun 2009 / 12:28 2552
-  A +

Son mövsüm Azərbaycan çempionluğunu qazanmış “Neftçi”nin əvəzedici heyətinin məşqçilər korpusunda baş vermiş dəyişiklər təsdiqlənib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Mirbağır İsayev komandaya baş məşqçi təyin edilib. Keçən mövsüm əvəzedicilərə qızıl medallar qazandırmış Arif Əsədov isə bundan sonra əsas komandada məşqçi vəzifəsini yerinə yetirəcək.
Əvəzedici komandada köməkçi məşqçilər də dəyişib. Elmar Xankişiyevlə Emil Babayevin əvəzinə Mirbağır İsayevə Hüseynqulu Quliyevlə Etibar Tarverdiyev kömək edəcək.
Xatırladaq ki, M.İsayev 2006/07 mövsümündə “Neftçi”də baş məşqçi Qurban Qurbanovun köməkçisi vəzifəsini yerinə yetirib.


 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı