Svetoslav Stefanovdan “Neftçi”nin baş məşqçisinə ittiham: “Niyə Mircavadov kimi məşqçi mənə şans verirdi, amma Ağayev yox?”

Svetoslav Stefanovdan “Neftçi”nin baş məşqçisinə ittiham: “Niyə Mircavadov kimi məşqçi mənə şans verirdi, amma Ağayev yox?”
ÖLKƏ FUTBOLU 25 İyun 2009 / 10:57 2441
-  A +

“Yenidən vətənə qayıtdığım üçün şadam. Özümü burada çox yaxşı hiss edirəm və səylə növbəti mövsümə hazırlaşıram. İnanıram ki, MOİK rəhbərliyinin mənə olan inamını doğruldacağam. Bizi qarşıda Avropa Liqası gözləyir. İlk növbədə çalışmaq lazımdır ki, gözəl futbol nümayiş etdirək. Bunu bacarsaq, nəticə də gələcək”. Qol.Az-ın məlumatına görə, bu sözləri Bolqarıstan mətbuatına verdiyi açıqlamasında “Neftçi”dən ayrılan və dünən Bolqarıstanın MOİK klubu ilə rəsmi müqavilə bağlayan Svetoslav Stefanov deyib. Stefanov “Neftçi”nin hazırkı baş məşqçi Böyükağa Ağayevdən narazılığını da bildirib: “Azərbaycanda gözəl illərim keçdi. Həm daxili, həm də beynəlxalq arenada uğurlar qazandıq. “Neftçi” “Birlik кuboku”nun qalibi adını qazandı. Həmin vaxt komandanın baş məşqçisi Ağasəlim Mircavadov idi. Məni o bəyənib “Neftçi”yə dəvət etmişdi və inanıb, şans verirdi. Mən də bacardığım qədər onun etimadını doğruldurdum. Mircavadov Azərbaycanın ən güclü mütəxəssislərindən sayılır. Bunu hər kəs təsdiq edə bilər. Necə olurdu ki, Mircavadov kimi mütəxəssis mənə şans verirdi, amma Böyükağa Ağayev yox? Ağayevi başa düşmək çətin idi”.


 

Daha çox


Son xəbərlər