Azərbaycanın futbol adamları qurban kəsdilər

XƏBƏR 8 Dekabr 2008 / 16:17 3228
-  A +

Bütün dünya müsəlmanları kimi, Azərbaycanın futbol adamları da bu gün müqəddəs Qurban bayramını qeyd edirlər.
Qol.Az-ın məlumatına görə, milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev qurban kəsdiyi və qurban ətini qonşuları, qohumları arasında payladığını söyləyib.Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, «Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanov da qurban kəsdirdiklərini və imkansız qonşularına payladıqlarını deyib. Məşqçi Ağasəlim Mircavadov ənənəvi olaraq bu il də qurban kəsdiklərini və məhəllərində yaşayan imkansız ailələrə payladıqlarını bildirib.


Son xəbərlər