“Xəzər-Lənkəran” yenidən Ağasəlim Mircavadovun rəhbərliyi altında məşqə çıxıb

XƏBƏR 24 İyun 2009 / 21:12 1994
-  A +

Bu gün “Xəzər Lənkəran” 2009/10 mövsümünün hazırlıqlarına start verib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə məşqçilər korpusu Bakının “Kayzer” mehmanxanasında bir araya gələrək, futbolçularla toplantı keçirib. Saat 18.30-da komanda “Ədliyyə” stadionunda ilk məşqinə çıxıb.
Hazırda komandanın düşərgəsində 15 futbolçu var. Kramarenko, Ağayev, Cambazov, Todorov, Devran, Əmirquliyev, Sultanov, Poladov, Kərimovdan başqa bugünki məşqdə “Karvan”da icarə müddəti başa çatmış Alim Qurbanov və ötən mövsümü “Xəzər Lənkəran”ın əvəzedici heyətində keçirmiş üç gənc futbolçu da qatılıb. Komandanın türkiyəli legioneri Fatih Sonkaya isə düşərgəyə sabah qoşulacaq. Braziliyalı legionerlər və ötən mövsüm komandanın ən yaxşı bombardiri olmuş İvan Svetkov isə bir gün sonra Bakıda olacaqlar. Heyət üzvləri ayın 28-dək tibbi müayinədən keçməlidirlər. Bu günlər ərzində komanda “Ədliyyə” stadionunda məşq edəcək. 28-i istirahət edəcək komanda, ertəsi Türkiyənin Bolu şəhərinə yola düşəcək.

 


Son xəbərlər