“Karvan”ın futbolçusu hələ də klubsuzdur

“Karvan”ın futbolçusu hələ də klubsuzdur
XƏBƏR 24 İyun 2009 / 16:56 1999
-  A +

Cari mövsümü “Karvan”ın heyətində keçirən təcrübəli yarımmüdafiəçi Aqil Məmmədov hələ ki, özünə yeni klub tapmayıb. Bunu Qol.Az-ın əməkdaşı ilə söhbətində futbolçu özü deyib: “Hələ ki, evdəyəm və fərdi qaydada məşq edirəm ki, formamı itirməyim. Heç bir klubdan təklif almamışam. Odur ki, karyeramı harada davam etdirəcəyimi bilmirəm. Həftəsonuna kimi yəqin ki, hər şey aydınlaşar”.

Qeyd edək ki, Məmmədov cari mövsümün birinci  dövrəsində “Karvan”ın  kapitan sarğısını daşıyıb.


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord