“Çernomorets”in futbolçusu millimizin hücumçusunu necə tanıdı?

“Çernomorets”in futbolçusu millimizin hücumçusunu necə tanıdı?
XƏBƏR 24 İyun 2009 / 16:02 1960
-  A +

Ukraynanın “Zarya” klubundan başqa bir Ukrayna klubu olan Odessa “Çernomorets”inə keçən çernoqoroiyalı futbolçu Mirko Rayçeviç Ukrayna mətbuatına geniş müsahibə verib. O, müsahibə zamanı Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiçdən də danışıb. Jurnalistin “Sizə məlumdur ki, “Çernomorets”də əvvəllər digər balkan yarımadasından olan futbolçular oynayıb?” sualına Rayçeviç: “Yalnız Trişoviçi tanıyıram” cavabını verib. Ukraynalı həmkarımızın bu zaman “Ondan başqa, Odessa klubunun şərəfini Branimir Subaşıç, Sinişa Brankoviç (yeri gəlmişkən, Brankoviç ukraynalı İqor Nakoneçnının rəhbərliyi dövründə İmişlinin “MKT-Araz” klubunun da formasını geyinib), Fuad Salixoviç və Corc İndij kimi futbolçular da qoruyub” xatırlatmasından sonra Mirko millimizin hücumçusunu tanıdığını deyib: “Subaşiç? Azərbaycan milli komandasının şərəfini qoruyan futbolçunu deyirsiniz? Onu əlbəttə tanıyıram. Çox yaxşı futbolçudur”.

 


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"