“Neftçi”nin bəyənmədiyi futbolçu MOİK-lə müqavilə bağladı

“Neftçi”nin bəyənmədiyi futbolçu MOİK-lə müqavilə bağladı
XƏBƏR 24 İyun 2009 / 15:09 2130
-  A +

Böyükağa Ağayevin gəlişindən sonra bəyənilməyərək "Neftçi"dən uzaqlaşdırılan bolqarıstanlı yarımmüdafiəçi Svetoslaf Stefanovun klubsuz günləri uzun sürməyib. Qol.Az-ın Bolqarıstanın  “Topsport” nəşrinə istinadən verdiyi məlumata görə, Stefanov bir müddət düşərgəsində olduğu Sofiyanın MOİK klubu ilə rəsmi müqavilə imzalayıb. Beləliklə, Svetoslav 2011-ci ilin iyununa kimi karyerasını vətənində davam etdirəcək.

Qeyd edək ki, MOİK başa çatan son Bolqarıstan çempionatının gümüş mükafatçısıdır və çempion “Levski” onları cəmi 1 xal qabaqlamışdı.

 

Daha çox


Son xəbərlər