“Bakı” Sloveniyada problemlə üzləşib

“Bakı” Sloveniyada problemlə üzləşib
XƏBƏR 24 İyun 2009 / 14:07 1909
-  A +

Çempionlar Liqasının və qarşıdakı mövsümün hazırlıq prosesinin ikinci mərhələsini keçmək üçün Sloveniyanın Ptuy şəhərinə yollanan “Bakı” dünəndən etibarən məşqlərə başlayıb. Lakin “zolaqlılar” Sloveniyada problemlə qarşılaşıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, hazırda Ptuyda havalar heç də yaxşı keçmir. Hava küləklidir, eləcə də güclü yağış yağır. Təbii ki, bu cür hava şəraiti “Bakı”nın normal hazırlıq keçməsinə probelm yaradır.


Son xəbərlər