"Qəbələ" Azərbaycan millisinin sabiq üzvü ilə müqavilə bağladı

"Qəbələ" Azərbaycan millisinin sabiq üzvü ilə müqavilə bağladı
XƏBƏR 24 İyun 2009 / 13:10 2113
-  A +

Qəbələnin eyniadlı klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Bu, son mövsümü Yevlaxın “Karvan” klubunda keçirən Azərbaycan millisinin sabiq futbolçusu Murad Ağakişiyevdir. “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun Qol.Az-a verdiyi açıqlamaya görə, Ağakişiyev artıq klubla rəsmi müqaviləyə imza atıb və qarşıdakı 1ili Qəbələdə keçirəcək.


 


Son xəbərlər