Erməni futbolçu “İnter”in rəqibini məyus etdi

Erməni futbolçu “İnter”in rəqibini məyus etdi
XƏBƏR 24 İyun 2009 / 11:58 1983
-  A +

Avroliqada “İnter”lə qarşılaşacaq Slovakiyanın “Spartak” Trnava klubu dünən Avstriyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, trnavalıların rəqibi Ukraynanın “Metallurq” Donetsk klubu olub. Matça fəal başlayan “Spartak” artıq 11-ci dəqiqədə Hruskanın qolu ilə hesabda önə keçib. Buna baxmayaraq, birinci hissənin sonuna 2 dəqiqə qalmış “Metallurq” hesabı bərabərləşdirə bilib. Erməni futbolçu Mxitaryan “Spartak”ı məyus edib. İkinci hissədə 5 dəqiqə ərzində 2 qol vuran (İvanko 70 və Laziç 75) “Metallurq” hesabı xeyrinə dəyişib. “İnter”in rəqibinin gücü yalnız bu qollardan birinin əvəzini çıxmağa yetib. 90-cı dəqiqədə Dolezaj oyunun nəticəsini müəyyənləşdirib. Beləliklə, “İnter”in rəqibi “Metallurq”a 2:3 hesabı ilə uduzub. Karol Peçenin yetirmələri növbəti matçını Rusiya çempionu “Rubin”ə qarşı keçirəcək. Oyun sabah Bakı vaxtıyla saat 20:00-da başlayacaq. Dünənki matçda Peçe bu futbolçulara şans verib:

Kral, Kotula (Jakubicka 55), Dolezaj, Qeye, L.Hanzel, Duris (Guldan 85), Kopunek (Hill 70), Proxazka (Zeleznik 20), Hruska (Tomcak 72), Kozuch (Danilo De Oliveyra 67), Kone (Sukennik)


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord