Millinin üzvlərinə dopinqdən dərs keçdilər

XƏBƏR 24 İyun 2009 / 11:17 1936
-  A +

İyunun 19-dan etibarən təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri üçün AFFA-nın Futbol akademiyasında seminar keçirilib. AFFA-nın baş həkimi Mahir Əliyevin rəhbərliyi ilə keçirilən seminar «Dopinq və antidopinq profilaktikası» mövzusuna həsr olunub. M.Əliyev mövzu ilə bağlı yığmanın üzvlərinə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Məlumatı AFFA-nın rəsmi saytı yayıb.


Son xəbərlər